Məhkəmə qərarları › İş №3(075)-412/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-412/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-412/2021 16.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxx 1980-cı ildə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Şəki rayonu Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən 06 avqust 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 02 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs 200 manat pulunu soyuducu almaq məqsədilə almış, soyuducunu və ya pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs 21 iyun 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə və Şəki ŞRPŞ-yə ərizə ilə müraciət edərək 02 iyun 2021-ci il tarixdə “Etibar” adlı şəxsə soyuducu alması üçün 200 manat pul verdiyini, lakin indiyə kimi sonuncunun nə soyuducunu, nə də pulunu vermədiyini bildirmişdir. Bununla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün İTB-yə göndərilmişdir. Tərəfindən 06 avqust 2021-ci il tarixdə hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, təxminən 7-8 ay qabaq Tərlan ona soyuducu almaq istədiyini bildirmiş və ondan tapmasını xahiş etmişdir. 02 iyun 2021-ci il tarixdə kənddə çayxanada Tərlanla rastlaşmış, ona soyuducu satan olduğunu demişdir. Tərlan 200 manatlıq soyuducunu almaq istədiyini bildirmiş, 200 manatı götürüb Şəki şəhərinə - bazarın qabağına gəlmişlər. O, mağazaya getmiş, Tərlan orda gözləmişdir. Lakin dükanda soyuducu olmadığından başqa dükana baxmağa getmiş, bu zaman Tərlan zəng vurmuşdur. O, Tərlana evinə getməsini, özü soyuducunu alıb gətirəcəyini demişdir. Lakin soyuducu tapa bilməmiş və 200 manatı xərcləmişdir. Polis şöbəsinə çağırılarkən etdiyi əməli etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 02 iyun 2021-ci il tarixdə kənddə çayxanada oturan zaman Etibar ora gələrək onu çölə çağırmış, ona Şəki şəhərində yerləşən Armada dükanında 200 manata soyuducu olduğunu demişdir. O, Etibarla razılaşmış, 200 manat pulu Etibara vermişdir. Bundan sonra birlikdə Şəki şəhərinə bazarın qabağına gəlmişlər. Etibar soyuducu almaq üçün getmiş, özü isə gözləmişdir. Aradan 1 saat keçmiş, lakin Etibarın gəlmədiyini görüb ona zəng vurmuşdur. Etibar dükanda soyuducu olmadığını, onun evə getməsini, axşam soyuducunu özü kəndə gətirəcəyini dediyindən kəndə qayıtmışdır. Axşama kimi gözləsə də Etibar gəlməmişdir. Ona görə də sabahı Etibara zəng vurmuş, sonuncu yenə “soyuducunu gətirəcəm” deyərək onu yenə aldatmış, nə pulunu və nə də ki soyuducunu gətirməmişdir. Ona görə də DİN-nin 102 xidmətinə və Şəki ŞRPŞ-yə şikayəti ərizəsi ilə müraciət etmişdir. Lakin bu gün, yəni 16 avqust 2021-ci il tarixdə Etibarın qardaşı Əhliman 200 manat pulu gətirib ona vermişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 30 iyun 2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə və Şəki ŞRPŞ-yə şikayəti üzrə araşdırılma aparılmış, HK-1/731 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə 06 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar