Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-412/2025 15.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, Şəxsov Nazim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxsov Nazim oğlu xx.xx.2025-ci il tarixdə özünə məxsus 01 ədəd 12 kalibli tək lüləli ov silahı və 15 ədəd patronu ilə ova getmişdir. Həmin faktla bağlı Şəki ŞRPŞ-nin TB tərəfindən araşdırma aparılmış, xx.xx.2025-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxsov Nazim oğlunun inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin aidiyyəti xidmətə göndərilməsinə qərar verilmişdir. Həmin qərarın məzmunundan məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 590.1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Lakin, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Anar İbrahimov tərəfindən Şəxsov Nazim oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 590.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətanın bilavasitə obyekti olmuş predmetin-yəni mülki silahın maddi sübut kimi tanınıb-tanınmaması, hazırda harada saxlanması göstərilməmiş, həmin silaha dair müvafiq rəy protokola əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin sanksiyasında qeyd olunmuşdur ki, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Bununla da, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-in tələbləri pozulmaqla tərtib olunmuş, həmçinin təqdim edilmiş materiallar natamamdır. Bundan başqa, protokolun giriş hissəsində Şəxsov Nazim oğlu haqqında məlumatlar da tam göstərilməmişdir. Göründüyü kimi tərtib edilmiş inzibati xəta haqqında protokol natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxsov Nazim oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxsov Nazim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol Şəki Şəhər-Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-412/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-412/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver