Məhkəmə qərarları › İş №3(075)-413/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-413/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-413/2021 13.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxxx 1987-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və X3 Xəyal Elman oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-319/2021 nömrəli, 13.01.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1621 manat pul vəsaiti tutularaq ABC Telekom MMC-nə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-542/2021 nömrəli, 12.04.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 479 manat pul vəsaiti tutularaq İrşad Elektroniks MMC-nə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-573/2021 nömrəli, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 623 manat pul vəsaiti tutularaq World Telekom MMC-nə, X10 Xidmət Mərkəzində Notariat ofisinin 04.08.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100,51 manat pul vəsaiti tutularaq Azercel Telekom MMC-nə ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədləri üzrə tələbkarlara ödəməli olduğu olduğu borcundan 2758,51 manatının ödənilməsini təmin etməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-319/2021 nömrəli, 13.01.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1621 manat pul vəsaiti tutularaq ABC Telekom MMC-nə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-542/2021 nömrəli, 12.04.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 479 manat pul vəsaiti tutularaq İrşad Elektroniks MMC-nə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-573/2021 nömrəli, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 623 manat pul vəsaiti tutularaq World Telekom MMC-nə, X10 Xidmət Mərkəzində Notariat ofisinin 04.08.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100,51 manat pul vəsaiti tutularaq Azercel Telekom MMC-nə ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədləri üzrə tələbkarlara ödəməli olduğu olduğu borcundan 2758,51 manatının ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin hazırkı protokolla məhkəməyə müraciət edildikdən sonra borclu Şəxs borcundan 725 manatını ödəmiş qalan borcunu da hissə-hissə ödəyəcəyinə söz vermişdir. Şəki rayon məhkəməsinin 16.08.2021ci il tarixli 3(075)-413/21 saylı qərarı ilə işə xitam verilmişdir. Lakin zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC Şəki Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 3(075)-413/2021 saylı qərarından narazı qalmış və onun apellyasiya şikayəti 08.10.2021-ci il tarixdə Şəki Rayon məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3 (107)-329/2021 nömrəli 22.10.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs ABC Telecom MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 3(075)-413/2020 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Bildirmişdir ki, borclu Şəxs Şəki Rayon məhkəməsinin 24 noyabr 2021-ci il tarixli məhkəmə iclasına üzürlü səbəb göstərmədən qəsdən gəlməkdən boyun qaçırmış və məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də Şəki Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 3 (075)- 413/2021 saylı qərarı ilə borclu Şəxs haqqında axtarış elan edilmiş və qərarın axtarışla bağlı hissəsi Şəki ŞRPŞ-ya həvalə edilmişdir. Borclu Şəxs 13 dekabr 2021-ci il tarixdə Şəki ŞRPŞ tərəfindən tutularaq Şəki Rayon Məhkəməsinə gətirilmişdir. Hazırda borclunun ödənilməmiş 2100 manat borcu var. Protokolu müdafiə edir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)- 319/2021 nömrəli, 13.01.2021-ci il tarixli icra sənədinə əsasən ondan 1621 manat pul vəsaiti tutularaq ABC Telekom MMC-nə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-542/2021 nömrəli, 12.04.2021-ci il tarixli icra sənədinə əsasən ondan 479 manat pul vəsaiti tutularaq İrşad Elektroniks MMC-nə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-573/2021 nömrəli, 18.02.2021-ci il tarixli icra sənədinə əsasən ondan 623 manat pul vəsaiti tutularaq World Telekom MMC-nə, X10 Xidmət Mərkəzində Notariat ofisinin 04.08.2021-ci il tarixli icra sənədinə əsasən ondan 100,51 manat pul vəsaiti tutularaq Azercel Telekom MMC-nə ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar ona xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanı yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. Lakin hazırkı protokolla məhkəməyə müraciət edildikdən sonra o, borcundan 725 manatını ödəmiş qalan borcunu da hər icra sənədi üzrə 50 manat olmaqla hissə-hissə ödəyəcəyinə söz verir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Buna görə də Şəki rayon məhkəməsinin 16.08.2021-ci il tarixli 3(075)-413/21 saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin zərəçəkmiş hüquqi şəxs ABC Telekom MMC Şəki Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 3(075)-413/2021 saylı qərarından narazı qalmış və o, apellyasiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-329/2021 nömrəli 22.10.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs ABC Telecom MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 3(075)-413/2021 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişduir. Buna görə də Şəki Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 3 (075)-413/2021 saylı qərarı ilə onun haqqında axtarış elan edilmiş və qərarın axtarışla bağlı hissəsi Şəki ŞRPŞ-ya həvalə edilmişdir. O, 13 dekabr 2021-ci il tarixdə saat 10:00-da Şəki ŞRPŞ-nə gəlmiş və Şəki Rayon Məhkəməsinə gətirilmişdir. Hazırda onun ödənilməmiş 2100 manat borcu var. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəki Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 3(075)-413/2021 saylı qərarı ilə borclu barəsində olan inzibati iş üzrə icraata xitam verilmiş, lakin tələbkar ABC Telecom MMC narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 3(107)-329/2021 nömrəli, 22.10.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs ABC Telecom MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli, 3(075)-413/2021 saylı qərarı ləğv edilm və baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 3 (075)-413/2021 saylı qərarı ilə borclu barəsində axtarış elan edilmiş və qərarın axtarışla bağlı hissəsi Şəki ŞRPŞ-ya həvalə edilmişdir. Borclu O, 13 dekabr 2021-ci il tarixdə saat 10:00-da Şəki ŞRPŞ-nə gəlmiş və Şəki Rayon Məhkəməsinə gətirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun saxlanıldığı vaxtdan yəni, 13 dekabr 2021-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar