Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-414/2020 28.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçi – baş əmək müfəttişi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, 003045 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, 003045 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxx 2014-cü il tarixli, 003045 nömrəli inzibati xəta haqqında qərarı ilə İXM-nin 53.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Qərardan xx xxxx 2020-ci il tarixdə icra şöbəsi tərəfindən bildiriş aldıqda xəbəri olmuşdur. Hesab edir qərar qanunsuz və əsassızdır. Belə ki, o, İXM-nin 53.4-cü maddəsini pozmamışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçi – baş əmək müfəttişi X7 bildirdi ki, Qax şəhər sakini X9 xx xxxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin “142” qaynar xətt əlaqə mərkəzinə əmək hüquqlarının pozulması ilə əlaqədar olaraq müraciət etmişdir. Əsas tələbi əmək haqqının ödənilməməsi və əmək funksiyasına daxil olmayan digər işlərin görülməsinə cəlb edilməsi ilə bağlı olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, X9 xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Qax şəhəri İ.Dağıstanlı küçəsində yerləşən uşaq bağçasının tikintisində gözətçi vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində X9 150 manat əmək haqqını paylama cədvəlinə imza edərək almışdır. Ona ödənilməli olan 30 manat qalıq əmək haqqı isə araşdırma dövründə işəgötüran tərəfindən ödənilmişdir. Lakin X9 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab (istifadə etmədiyi məzuniyyətə görə kompensasiya) işəgötürən tərəfindən ödənilməmişdir. Qeyd olunan hal Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən təsbit olunmuş pozuntu halıdır. Odur ki, aşkar olunmuş pozuntu halına əsasən tərəflərindən “Əfqan” firmasının direktoru X5 barəsində xx xxxxxx 2014-cü il tarixli, 003088 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında inzibati xəta haqqında işə xx xxxxxx 2014-cü il tarixdə işəgötürənin səlahiyyətli nümayəndəsi “Əfqan” firmasının iş icraçısı X11 iştirakı ilə baxılmış və həmin tarixli, 003045 nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən “Əfqan” firmasının direktoru X2 Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qararın bir nüsxəsi xx xxxxxx 2014-cü il tarixdə, 232 nömrəli məktubla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Əfqan” firmasının direktoru X3 qeydiyyatda olduğu Şaki şəhəri S.Mümtaz küçəsində yerləşən ünvanına poçt vasitəsilə göndərilmişdir. Dövlət Əmək Müfəttişliyinin 18 saylı region üzrə DƏM-i tərəfindən “Əfqan” firmasının direktoru X5 barəsində qəbul edilmiş 003045 nömrəli inzibati xəta haqqında qərardan şikayəti əsassızdır. Belə ki, qanunvericiliklə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilməli olduğu haldan inzibati xəta halının 2014-cü ildə baş verdiyini və üzərindən 6 ilə yaxın bir müddət keçdiyini nəzərə alaraq işə aidiyyətı üzrə məhkəmədə baxılmasını qanunsuzdur. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2014cü il tarixli, **********83973 nömrəli müraciət vərəqəsindən görünür ki, ünvan 1 ünvanında yaşayan X9 Azərbaycan Respublikası Əmək və X14 Nazirliyinin “142” qaynar xətt əlaqə mərkəzinə əmək hüquqlarının pozulması ilə əlaqədar olaraq müraciət etmişdir. Əsas tələbi əmək haqqının ödənilməməsi və əmək funksiyasına daxil olmayan digər işlərin görülməsinə cəlb edilməsi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “Əfqan” firmasının iş icraçısı X12 xx xxxxxxx 2014-cü il tarixli izahatından görünür ki, X9 işlədiyi dövrdə ona vəzifə funksiyalarına aid olmayan heç bir iş həvalə olunmamış, həmin müddət üçün hesablanmış 180 manat əmək haqqının 150 manatı sonuncu tərəfindən qol çəkilərək alınmış, qalan vəsait araşdırma dövründə ödənilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş “Əfqan” firmasının iş icraçısı X11 xx xxxxxxx 2014-cü il tarixli izahatından görünür ki, X9 xx xxxxxxxx 2014-cü il tarixdə ona zəng edərək işdən çıxmayacağını bildirsə də, sonradan onun işdə olmadığını görüb əlaqə saxlanılmış, sonuncu öz razılığı ilə işləmək istəmədiyini, qalıq əmək haqqından imtina etdiyini bildirmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxx 2014cü il tarixli aktdan görünür ki, X9 ilə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ödənilməmişdir. Aktın doğruluğunu Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini T.Qocayev, baş əmək müfəttişi R.Abdullayev təsdiq etmiş, “Əfqan” firmasının iş icraçıları X16 və X17 imzalamamışlar. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, 003088 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Əfqan” firmasının direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2014-cü il tarixli, 003045 saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 İXM-nin 53.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.4-cü maddəsinə əsasən (əvvəlki redaksiyada) işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda çərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinə əsasən (əvvəlki redaksiyada) vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta protokol və inzibati xəta haqqında qərardan göründüyü kimi İXM-nin 53.4-cü maddəsi ilə olan inzibati xəta haqqında icraat “Əfqan” firmasının direktoru kimi göstərilmiş X5 barəsində aparılmışdır. Lakin inzibati xəta törətdiyi ehtimal edilən şəxsin izahatı alınmamış, inzibati xəta haqqında protokolun tərtib edilmə vaxtı və yeri barədə sonuncuya məlumat verilməmiş, iş üzrə izahatları alınmış “Əfqan” firmasının iş icraçıları tərəfindən inzibati xətanın törədilməsi inkar edilmiş, xx xxxxxx 2014-cü il tarixli aktlar yalnız inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən təsdiq edilmiş, aktın tərtib edilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı təmin edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx xxxxxx 2014-cü il tarixli, 003045 nömrəli inzibati xəta haqqında qərarında X3 Azərbaycan Respublikası İXM-nin 53.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X5 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Həmçinin, məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçi – baş əmək müfəttişi X1 Cahangir Təmraz oğlunun qərardan şikayət vermə müddətini ötürdüyünü bildirsə də, iş materiallarında qərarın surətinin sonuncuya çatması ilə bağlı hər hansı sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in 53-cü maddəsinə görə bu maddədə nəzərdə tutulmuş əsaslardan biri mövcud olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı halda isə belə halların mövcudluğu istisna edilir. İşə əlavə edilmiş sənədlərdən inzibati xəta hadisəsinin baş verdiyi və əməldə inzibati xəta tərkibi olması görünür. Odur ki, Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən X3 barəsində tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, 003045 nömrəli inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və X14 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən X3 barəsində tərtib edilmiş xx xxxxxx 2014-cü il tarixli, 003045 nömrəli inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-414/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-414/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver