Məhkəmə qərarları › İş №3(075)-414/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-414/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-414/2021 08.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: X3 iştirakı ilə, X1 barəsində qəbul edilmiş 03.08.2021-ci il tarixli TP № ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 03.08.2021-ci il tarixli TP № ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 03.08.2021-ci il tarixdə saat 10:35 radələrində Şəki şəhəri M.Ş.Həmidov küçəsi ilə M.Ə.Rəsulzadə prospektinin kəsişməsində yerləşən işıqforun M.Ş.Həmidov küçəsindən piyadalar üşün hərəkətə yaşıl işıq yanan vaxt işıqforun M.Ş.Həmidov küçəsinin alt hissəsindən M.Ə.Rəsulzadə prospektini keçmək istəyərkən yol polisi tərəfindən saxlanılmış, və onun M.Ş.Həmidov küçəsinə heç bir aidiyyəti olmayan, M.Ə.Rəsulzadə küçəsində yerləşən piyada keçidi zolağından istifadə etməsini irad bildirilərək barəsində qanunsuz olaraq 03.08.2021-ci il tarixli TP №4518964 nömrəli qərar qəbul edilmişdir. Əslində isə inspektor ona piyada keçidindən istifadə etməməyi irad tutsa da, onun işıqforun piyadalar üçün yaşıl işığında hərkət etdiyi üçün tələbinin qanunsuz olmasını bildiyindən barəsində inzibati Xətalar Məcəlləsinin bildidiyi irada aidiyyəti olmayan 338.1.2-ci maddəsi ilə tənbeh vermə haqqında qərar çıxarmışdır. Barəsində tərtib edilmiş qərar yanlışdır. Belə ki, inspektor onun piyada keçidindən istifadə etmdiyini bildirsə də, onun polis əməkdaşına iradlarının düzgün olduğunu başa düşmüş və barəsində tamamilə əsassız olaraq İXM-nin 338.1.2-ci maddəsinin pozulmasına görə qərar qəbul edilmişdir. O isə M.Ə.Rəsulzadə prospektini piyadalar üçün işıqforun yaşıl işığında qanuna uyğun şəkildə keçmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni müdafiə edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 03 avqust 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş 03 avqust 2021-ci il tarixli, TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 338.1.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 38.1.2-ci maddəsinə əsasən yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Şəki rayonu YPX inspektoru, polis serjantı X4 03 avqust 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş 03 avqust 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X5 Azərbaycan Respublikası İXM-nin 338.1.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törəddiyi qeyd edilsə də, X5 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki rayonu YPX inspektoru, polis serjantı X6 03 avqust 2021-ci il tarixdə tərtib etdiyi İXP ******* nömrəli protokola istinad etməklə X3 Azərbaycan Respublikası İXM-nin 338.1.2-ci maddəsi ilə təqsirli bilərək, 20 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya yarımçıq cavab verməklə məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Yəni inzibai protokol tərtib etmiş şəxs məhkəməyə X3 inzibati pozuntu törətməsini əks etdirən video, foto və ya izahatından ibarət sübutunu məhkəməyə təqdim etməmişdir. İXM-nin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə isə İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də X3 barəsində tərtib edilmiş 03 avqust 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 03 avqust 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. X3 barəsində tərtib edilmiş 03 avqust 2021-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 03 avqust 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar