Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-416/2021 17.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1963-cü il tarixdə Şəki rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb olunmuş, Şəki rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07.05.2004-cü il tarixli icra sənədinə əsasən tərəflərə, yəni Şəxs və X2 bölgüyə uyğun olaraq evə və həyətyanı sahəyə giriş-çıxış yolu açmaq ixtiyarı verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07.05.2004-cü il tarixli icra sənədinə əsasən tərəflərə, yəni Şəxs və X2 bölgüyə uyğun olaraq evə və həyətyanı sahəyə girişçıxış yolu açmaq ixtiyarı verilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq 01.06.2021-cı il, 25.06.2021-ci il və 06.08.2021-ci il tarixlərində baş tutan icra prosesləri zamanı Şəxs giriş-çıxış yolunun açılması üçün X2 yaradılan maneələrin aradan qaldırlması tələb edilsə də, Şəxs maneələri aradan qaldırmamış, müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasını təmin etməmişdir. Bununla bağlı Şəxs dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıqlar edilmiş, 02.06.2021-ci il tarixində borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Şəki Rayon Məhkəməsinin 3(075)-294/2021 nömrəli, 02.06.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs 10 gün müddətinə inzibati həbs edilmişdir. Ona edilən xəbərdarlıqlara heç bir məhəl qoymayan, barəsində tətbiq edilmiş inzibati tənbehdən nəticə çıxarmayan Şəxs inzibati həbs müddəti başa çatdıqdan sonra da icra sənədinin icrasına maneələr yaratmağa davam etmişdir. 06.08.2021-ci il ve 17.08.2021-ci il tarixlərində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində olan borclu Şəxs giriş-çıxış yolunun açılması üçün X2 şərait yaratmayacağını bildirmiş, icra sənədinin icrası ilə bağlı izahat verməkdən imtina etmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 17 avqust 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:30-da o, məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07.05.2004-cü il tarixli icra sənədinə əsasən tərəflərə, yəni o və X2 bölgüyə uyğun olaraq evə və həyətyanı sahəyə giriş-çıxış yolu açmaq ixtiyarı verilməlidir. İcra sənədindən xəbəri var. Onun icra sənədinin icrasından yayınmaq niyəti yoxdur. X2 ayrıca yolun verilməsinə hər hansı maneə törətmir. Lakin sözügedən yola ona məxsus olan toyuq hini düşür və yol ayrılacağı təqdirdə sözügedən hin sökülməlidir. Əgər qardaşı olan tələbkar ona yeni toyuq hini tikib veriləcəksə yolun ayrılmasına heç bir etirazı yoxdur. Əlavə olaraq bildirdi ki, 17 avqust 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 14:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 3(075)-294/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510, 535.1 və 528.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. İşdə olan Şəki rayon məhkəməsinin 02.06.2021-ci il tarixli, 3(075)-294/2021 saylı qərarından görünür ki, Şəxs İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinərək 10 gün inzibati qaydada həbs olunmuşdur. İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal hesab edilir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 17 avqust 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 17 avqust 2021-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 17 avqust 2021-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 17 avqust 2021-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-416/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-416/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver