Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-418/2021 18.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 30 iyun 2021-ci il tarixdə, saat 18:30-da Şəki şəhəri, “Zərifə Əliyeva” adına göz klinikasının yanında saxlanılaraq üzərindən 0,66 qram marixuana aşkar edilmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs 30.06.2021-ci il tarixdə Şəki şəhəri ərazisində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsi və polis şöbəsində keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ ön kiçik cibindən ümumi çəkisi 0.66 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götrülmüşdür. Barəsində araşdırma aparılmış, lakin 02.07.2021-ci il tarixdə material üzrə cinayət işinin Şəxs aid hissəsinə xitam verilmiş və barəsində inzibati protokol tərtib edilməsi üçün qərar İTB-yə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 30 iyun 2021-ci il tarixdə saat 14:15 radələrində tanışı X6 ilə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Şəki İpək" ASC-nin yaxınlığında 20 (iyirmi) manat dəyərində qurudulmuş marixuana almaq üçün ona pul vermişdir. Elnur da saat 18:00 radələrində ona qurudulmuş marixuananı Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında verəcəyini bildirmişdir. Elə həmin saatda o, İsmayılov Elnurla görüşüb, marixuananı götürüb cibinə qoyan zaman Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilmişdir. Əməlimdən peşmandır və gələcəkdə belə halların baş verməyəcəyinə söz verir. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək, onun himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İşdə olan Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 cinayət işinin hissəvi xitam edilməsi, şəxsin şübhəli şəxs statusundan azad edilməsi və Şəki ŞRPŞ-nin MSYdən azad edilməsi haqqında 02 iyul 2021-ci il tarixli qərarından görünür ki, Şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir əsas olmadığından həmin hissədə cinayət işinin hissəvi xitam olunması, Şəxs şübhəli şəxs statusundan azad edilməsi, iş üzrə şahid statusunda saxlanılsması, onun saxlanıldığı Şəki ŞRPŞ-nin MSY-dən azad edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğurdan barəsində qanuni tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Şəki ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İşdə olan Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 cinayət işinin hissəvi xitam edilməsi, şəxsin şübhəli şəxs statusundan azad edilməsi və Şəki ŞRPŞ-nin MSYdən azad edilməsi haqqında 02 iyul 2021-ci il tarixli qərarının məzmunundan görünür ki, məhkəmə-bioloji ekspertizasının 30 iyun 2021-ci il tarixli 17/484 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, şübhəli şəxs Şəxs üzərindən aşkar edilmiş 02 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.23 qram və 0.43 qram, ümumi təmiz çəkiləri 0.66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-418/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-418/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver