Məhkəmə qərarları › İş №3(075)-418/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-418/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-418/2023 10.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ X4 Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 09 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 09 may 2023-cü il tarixdə, saat 02:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam iltizama dəvət edən mühafizə xidmətinin əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 09 may 2023-ci il tarixdə, saat 02:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 09 may 2023-cü il tarixdə saat 02:30 radələrində dostu Nicat ilə birlikdə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 24 saat fəaliyyət göstərən marketdən pivə alaraq içə-içə gəzmişlər. O, qeyd olunan əməlləri sərxoş vəziyyətdə olduğu üçün törətmişdir. Bildirmişdir ki, o, iki ilə yaxındır ki, spirtli içki qəbul etmir. Sadəcə hadisə baş verən gün dostu Nicat ilə birlikdə spirtli içki qəbul etmişlər. Onda uzun müddətdir ki, yaddaş pozğunluğu problemi vardır. Buna görə də baş vermiş hadisəni tam olaraq xatırlamır. Həmin gün sərxoş olduğu üçün ola bilər ki, yolda nalayiq ifadələr işlətmişdir. Ancaq o, konkret olaraq polis əməkdaşlarının ünvanına hər hansı nalayiq ifadə işlətməsini xatırlamır. Sadəcə dostu Nicatla birlikdə öz aralarında ucadan nalayiq ifadələr işlətmişlər.Mühafizə Xidmətinin əməkdaşı onlara yaxınlaşaraq ucadan nalayiq ifadələr işlətməməklərini, ictimai qaydaları pozmamaqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları əraziyə patrul avtomobili dəvət etmişlər. Polis əmkədaşları onları polis şöbəsinə dəvət edən zaman onlar öz etirazlarını bildirmişlər. Daha sonra onları polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Onun ailəli olmağını nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Şəki rayonlar arası mühafizə şöbəsinin MMX üzrə qrup rəhbəri X2 ifadəsində göstərmişdir ki, 09 may 2023-ci il tarixdə, saat 02:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Şəki rayonlar arası mühafizə şöbəsinin MMX üzrə mühafizəçi X1 ilə xidmətdə olduqları zaman Şəxs dostu ilə ucadan ünvansız nalayiq ifadər işlətdiyini görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdə sərxoş olduqlarını müəyyən etmişlər. Sonradan onları nizam intizama dəvət etsələr də, onlar buna məhəl qoymamış, öz hərəkətlərinə davam etmişlər və polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Bundan sonra polis şöbəsinn əməkdaşlarını hadisə yerinə dəvət etmiş və onlarla birlikdə həmin şəxslər polis şöbəsinə gətirilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Şəki rayonlar arası mühafizə şöbəsinin MMX üzrə mühafizəçisi X1 digər şahid Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Şəki rayonlar arası mühafizə şöbəsinin MMX üzrə qrup rəhbəri X2 ilə oxşar məzmunda izahat vermişlər. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 03:20-də tutulmuş, saat 16:45-də azad edilmişdir. İş materiallarında olan Jupiter x markalı alkotestirin 09 may 2023-cü il tarixli analizindən görünür ki, Şəxs sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs sərxoş halda ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 33.1.5 və 33.1.7 maddəsinin inzibati xətanın bir qrup şəxs və sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.1.1-ci maddəsinin inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixdə saat 03:20-dən saat 16:45-dək tutulması nəzərə alınaraq, təyin edilmiş inzibati həbs müddətindən 01 (bir) gün çıxılsın və Şəxs üzərində 09 (doqquz) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati həbsə alınmanın əvvəli 10 may 2023-cü il saat 11:40-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar