Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-419/2025 17.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş materiallarına baxılmasına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iş materialları protokola baxılması üçün Xocalı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xəta olduğundan və həmin inzibati xəta hərəkətsizliklə törədildiyindən, ona inzibati xəta hadisəsini törətmiş şəxsin yaşayış yeri üzrə məhkəmədə baxılmalıdır. İnzibati xəta haqqında protokolda Şəxs yaşayış ünvanı “Şəki şəhəri, Turan qəsəbəsi” kimi göstərilsə də, “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, onun yaşayış ünvanı Xocalı şəhəridir. İXM-in 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, hakim inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-in göstərilən maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” üzrə iş materialları baxılması üçün aidiyyəti üzrə Xocalı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-419/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-419/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver