Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-42/2021 05.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Azərbaycan Respublikası DİN BDYPİ-nə bilavasitə tabe olan YPXA yol-patrul xidməti inspektoru, polis serjantı Nümayəndə iştirakı ilə, X1 “barəsində tərtib edilmiş inzibati protokola hesablanmış dəbbə puluna xitam verilməsi” barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, vətənin keşiyində olduğu dövrü nəzərə alaraq xx.xx.2020-ci il tarixdə barəsində tərtib edilmiş İXP-3455943 saylı inzibati xəta haqqında protokol üzrə yazılmış cəriməyə hesablanmış 90 manat dəbbə puluna xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə idarə etdiyi “QAZ 53” yük markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin tarixdə ona İXM-nin 342.2.2-ci maddəsi ilə İXP-3455943 saylı inzibati xəta haqqında protokol tərtib edilərək 150 manat cərmə edilmişdir. Belə ki, idarə etdiyi avtomobili ilə sezon vaxtı taxıl daşıdığından həmin avtomobilin bort hissəsini əlavə avadanlıqlar quraşdıraraq artırmışdır. xx.xx.2020-ci il tarixə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixdən Tovuz rayonu istiqamətində xidmətdə olmuşdur. Buna görə də, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda nəzərdə tutulmuş cəriməni ödəyə bilməmiş və həmin protokol üzrə cəriməyə 90 manat dəbbə pulu hesablanmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra isə sözügedən inzibati xəta haqqında protokolda nəzərdə tutulmuş əsas cərimə məbləğinin üzərinə 90 manat dəbbə pulunun ələvə edilməsi məlum olmuşdur. O, bununla bağlı Şəki ŞRPŞ-nin DYPB-nin rəisinə müraciət etmiş, rəisi isə ona həmin dəbbə pulunun silinməsi ilə bağlı məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Hesab edir ki, həmin dəbbə pulu əsassız olaraq hesablanmışdr. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası DİN BDYPİ-nə bilavasitə tabe olan YPXA yol-patrul xidməti inspektoru, polis serjantı Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, X5 əvvəllər tanımışdır. Belə ki, X7 0.08.2020-ci il tarixdə “QAZ 53” yük markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin avtomobilin bortunda qanunvericiliklə qadağan edilmiş əlavə avadanlıqların quraşdırılmasını aşkar etmiş və həmin tarixdə ona İXM-nin 342.2.2-ci maddəsi ilə İXP-3455943 saylı inzibati xəta haqqında protokol tərtib edilərək 150 manat cərmə etmişdir. Vətən müharibəsində iştirak edən digər şəhidlər və qazilər kimi həmin müharibədə iştirak edən X6 da böyük sayqısı vardır. Şükür olsun ki, müharibədən sağ-salamaq qayıtmışdır. Qeyd etmişdir ki, hazırda mübahisələndirilən protokolu Vətən müharibəsi başlamamışdan təxminən 1 ay 20 gün əvvəl tərtib etmişdir. Belə ki, sözügedən inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və qanunvericilik vətəndaşa 10 gün gözəştli ödəmə müddəti nəzərdə tutur. Lakin E.Rüstəmov bu müddət ərzində sözügedən cərimə məbləğini ödəməmiş, həmçinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş xətanı törətməsini inkar etməmiş, həmin protokoldan şikayət etməmiş, hazırda da həmin protokolun özünü mübahisələndirmir. Belə olan halda qeyd edilən protokol üzrə cəriməyə hesablanmış dəbbə pulu qanuni və ədalətlidir. Buna görə də həmin protokola hesablanmış dəbbə pulu qanunvericiliyə əsasən qanuni hesab edilir və onun silinməsi və ya ona xitam verilməsi qanunda nəzərdə tutlmamışdır. Qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nə bilavasitə tabe olan YPXA yolpatrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərəfindən tərtib olunmuş İXP- 3455943 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 İXM-nin 342.2-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan “Asan.pay.az” rəsmi intenet səhifəsindən xx.xx.2021-ci il tarixdə çıxarılmış məlumatdan görünür ki, X7 İXP-3455943 nömrəli inzibati xəta haqqında protokol 150 manat məbləğində cərimə edilmiş, həmin cərimə məbləğinin üzərinə 90 manat dəbbə məbləği əlavə edilməklə, ümumi məbləğ 240 manat təşkil edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materialından görünür ki, X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibatı xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş inizbati tənbeh vermə haqqında qərarın yox, inizbati tənbeh vermə haqqında qərar üzrə nəzərdə tutulmuş cərimə məbləğinə əlavə edilmiş 90 manat məbləğində dəbbə borcunun silinməsini xahiş etmiş və əsas olaraq da xx.xx.2020-ci il tarixdən Vətən müharibəsində iştirak edərək vətənin keşiyində durduğunu göstərmişdir. İş materiallarına nəzər saldıqda aydın olur ki, X7 barəsində xx.xx.2020-ci il tarixdə 342.2.2-ci maddəsinin tələblərini pozduğuna görə İXP-3455943 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və ona 10 gözəştli ödəmə müddəti verilmişdir. X3 bu müddət ərzində, yəni xx.xx.2020-ci il tarixədək sözgedən cərimə məbləğini ödəməmişdir. Bu səbəbdən də X4 barəsində tərtib edilmiş protokol üzrə cəriməyə 90 manat dəbbə pulu hesablanmışdır. Göründüyü kimi E.Rüstəmov qanunvericilikdə müəyyən edilmiş müddət ərzində sözügedən cərimə məbləğini ödəməmiş, həmçinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş xətanı törətməsini inkar etməmiş, həmin protokoldan şikayət etməmiş, hazırda da həmin protokolu mübahisələndirməmişdir. Belə olan halda qeyd edilən protokol üzrə cəriməyə hesablanmış dəbbə pulu qanuni və ədalətlidir. Buna görə də həmin protokola hesablanmış dəbbə pulu qanunvericiliyə əsasən qanuni hesab edilir və onun silinməsi və ya ona xitam verilməsi qanunda nəzərdə tutlmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X4 şikayət ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 xx.xx.2020-ci il tarixdə barəsində tərtib edilmiş İXP-3455943 saylı inzibati xəta haqqında protokol üzrə yazılmış cəriməyə hesablanmış 90 manat dəbbə puluna xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-42/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-42/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver