Məhkəmə qərarları › İş №3(075)-42/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-42/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-42/2023 17.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxxxx 1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla Bakı şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 17 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-206/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs 11234 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 253/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə Şəxs 10000 (on min) manat və 20 manat dövlət rüsumu alınaraq X4 ödənilməlidir. İcra sənədləri üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak, əmək haqqı və pensiya aşkar edilməmişdir. Hazırda borclu Şəxs "xxxx" MMC-nə 8484 manat borcu, X4 isə 10000 manat borcu vardır. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-206/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu Şəxs 11234 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-253/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə Şəxs 10000 (on min) manat və 20 manat dövlət rüsumu alınaraq X4 ödənilməlidir. İcra sənədləri üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak, əmək haqqı və pensiya aşkar edilməmişdir. Hazırda borclu Şəxs "xxxx" MMC-nə 8484 manat borcu, X4 isə 10000 manat borcu vardır. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədləri üzrə borclu Şəxs bir dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axtarışa verilmiş və xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ondan həmin tarixdə izahat alınmışdır. Borcludan borcunu bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmiş, borclu izahatında maddi vəziyyətinin yaxşı olmadığını, həmçinin borcundan ödəniş etmək imkanının olmadığını bildirmişdir. Bununla da keçən müddət ərzində icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs 17 yanvar 2023-cü il tarixdən, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 19:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-206/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən ondan 11234 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. "xxxx" MMC-nin xeyrinə hissə-hissə olmaqla təxminən 3000 manat ödəniş etmişdir. Qalan borcunu isə müəssisə ilə əlaqə yarada bilmədiyi üçün ödəyə bilməmişdir. Hazırda sözügedən icra sənədi üzrə 400 manat ödəniş edə bilir. Qalan borcu isə hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-253/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə 10000 (on min) manat və iddianın qaldırılması ilə bağlı ödənilmiş 20 manat rüsmun ondan tutularaq X4 ödənilməsi ilə bağlı məhkəmə qərarından məlumatı olmamışdır. X1 heç bir borcu olmamışdır. Bu səbədən həmin icra sənədi üzrə hər hansı bir ödəniş etmək fikri yoxdur. Göstərdikləinin nəzərə alınmasını və barəsində tənbeh tədbirinin tətbiq edilməməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, 17 yanvar 2023-cü il tarixdən, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 19:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 Taleh Yadigar oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, inzibati xətaya dair işə Şəxs izahatlarının əsdiq edilmiş surətlərindən də göründüyü kimi borclu hər iki icra sənədindən məlumatı olmuş, icra sənədləri üzrə borclarını ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. Bundan başqa borclu barəsində axtarış elan olunduğunu bildiyi halda İcra Şöbəsinə gəlməkdən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 17 yanvar 2023cü il tarixdən, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 17 yanvar 2023-cü il tarixdən, saat 09:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 17 yanvar 2023-cü il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 17 yanvar 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar