Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-42/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Şəki rayonu Kiçik Dəhnə kənaində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəki ŞRPŞ-nin Sarıra PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 16 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 16 yanvar 2024-cü il Şəki rayonu Turan qəsəbəsində Sarıca PB-nin həyətində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 16 yanvar 2024-cü il tarixdə, saat 20:15 radələrində Şəki ŞRPŞ-nin Sarıca PB-nin ə/m polis leytenantı Elçin Əhmədzadə, Şəki ŞRPŞ-nin Sarıca PB-nin PPXT-nin polis nəfəri, polis baş serjantı Ceyhun Musatafazadə və polis nəfəri, polis serjantı İslam Məmmədli birlikdə Şəki ŞRPŞ-nin Sarıca PB-də xidmətdə olarkən bölmənin inzibati binasının həyətində bi nəfər şəxsin ucadan səs-küy nalayiq ifadələr işlətdiyini eşitmişlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən kəskin spirtli içki qoxusu gəlməsi müəyyən olunmuşdur. Polis əməkdaşları həmin şəxsdən nə üçün bu cür hərəkətlər etdiyi soruşduqda, o, heç bir səbəb göstərməməmiş hərəkətlərini dayandırmışdır. Onlar həmin şəxsə törətmiş olduğu hərəkətlərin inzibati xəta tərkibi olduğunu izah etmişlər. Bundan sonra həmin şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün şöbənin aidiyyatı bölməsinə təhvil verilmişdir. Polis şöbəsində həmin şəxsin ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs olması müəyyən olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 16 yanvar 2024-cü il tarixdə onun yaxın dostu Şəki ŞRPŞ-nin Sarıca PB-nə çağırılmışdır. O, da dostu ilə birlikdə polis bölməsinə getmişdir. Lakin onu polis bölməsinə daxil olmağa qoymamışlar. O, cüzi miqdarada spirtli içki qəbul etmişdir. Binanın daxilində siqaret çəkdiyi zaman bir nəfər mülki geyimli şəxs ona irad bildirmişdir. O, da rus dilində nalayiq ifadə işlətmişdir. Lakin Rusiyada bu ifadə nalayiq ifadə kimi qəbul olunmur. Bundan sonra onun barəsində protokol tərtib etmişlər. Bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Onun barəsində cərimə tənbehinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 510cu maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nin əməliyyat müvəkkili polis leytenantı X4 ifadəsində göstərmişdir ki, 16 yanvar 2024-cü il tarixdə, saat 20:15 radələrində Şəki ŞRPŞ-nin Sarıca PB-də xidməti otaqda olan zaman bölmənin inzibati binasının həyətində bir nəfər şəxsin ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişlər. O, polis baş serjantı Ceyhun Mustafayev və polis serjantı İslam Məmmədli də onunla birlikdə həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra onlar həmin şəxsə törətmiş olduğu əməlin inzibati xəta pozuntusu olduğunu izah etmiş və onu sakitləşdirməyə çalışmışlar. Bildirmişdir ki, həmin şəxslə söhbət aparan zaman həmin şəxsdən kəskin spirtli içki qoxusu hiss olunmuşdur. Daha sonra həmin şəxsi bölməyə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nin PPXTnin polis nəfəri, polis baş serjantı X1 və polis nəfəri, polis serjantı X7 şahid X4 ilə eyni məzmunlu izahat vermişlər. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 20:25-də tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:30-da azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə nalayiq söyüşlər söyməklə səs-küy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-42/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-42/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver