Məhkəmə qərarları › İş №3(075)-420/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-420/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-420/2021 15.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, X1 İXP ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 20.05.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İXP ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 20.05.2021-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə və işdə olan poçt göndərişlərinin elektron izlənməsi haqqında məlumata əsasən məhkəmə bildirişinin 09.09.2021-ci il tarixdə saat 10:19- da X3na çatdırılmasına baxmayaraq X3 və protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, onun yaşadığı ünvana bildiriş göndərmədən Şəki Rayon Məhkəməsi tərəfindən 2021-ci ildə onun sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmuşdur. Lakin onun bundan xəbəri olmamış və nəticədə Bakı şəhər DYP tərəfindən reyd zamanı sənədlərinə baxış keçirilərkən onun sürücülük hüququnun olmadığı bildirilmiş və onun idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasına yerləşdirilmiş və ona 200 manat məbləğində cərimə tətbiq edilmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan onlayn ödəmə portalından çıxarışlmış məlumatdan görünür ki, X7 barəsində İXM-nin 332.3-cü maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək o, 24.05.2021-ci il tarixdə 200 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 3(075)-85/2021 saylı qərarından görünür ki, X7 İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ 09 ay müdətinə məhdudlaşdırılmışdır. İşdə olan 02.06.2021-ci il tarixli, 3(075)-85/2021 saylı qərarından görünür ki, X4 İXMnin 529.3-cü maddəsi ilə təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ 09 ay müdətinə məhdudlaşdırılması ilə bağlı Şəki Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli, 3(075)-85/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi X3 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və onun əsasında qəqbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, şikayət ərizəsindən onun İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi aydın olur. Belə ki, X4 nəqliyyat vasitələrini idarə etmək hüququ 19.02.2021-ci il tarixdə 09 ay müdətinə məhdudlaşdırılmış və onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması ilə bağlı qərar isə 02.06.2021-ci il tarixdə xitam verilmişdir. Həmçinin o, şikayət ərizəsində göstərmişdir ki, məhkəmə qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etmişdir. Göründüyü kimi X2 Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı zaman kəsiyində yəni 20.05.2021-ci il tarixdə törətmişdir. Göstərilən əsaslarla məhkəmə X4 İXP ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 20.05.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 İXP ******* nömrəli protokolun və onun əsasında qəbul edilmiş 20.05.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar