Məhkəmə qərarları › İş №3(075)-420/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-420/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-420/2023 26.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə Azərbaycan Respublikası Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YPX inpektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş 26 aprel 2023cü il tarixli, İXP-5381054 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 aprel 2023-cü il tarixdə saat 18:25 radələrində “Vaz 2106” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşını təhlükəsizlik kəməri bağlamadan idarə etmiş, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs izahat verərək izahat verərək göstərmişdir ki, onun anası şəkərli diabet xəstəsidir. 26 aprel 2023-cü il tarixdə saat təxminən 18:30 radələrində anasına təcili dərman lazım olmuş, o da idarə etdiyi “Vaz 2106” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə anasına dərman almağa getmişdir. Həmin vaxt təhlükəsizlik kəməri istifadə etmədiyinə görə polis əməkdaşı tərəfindən saxlanılmışdır. Onu tibbi müayinədən keçmək üçün narkoloji dispanserə aparmışlar. Həmin yerdə ona 25 dəqiqə gözləməsini bildirdilər. Daha sonra ona bildirdilər ki, Oğuz rayonunda qeydiyyatdan keçmək lazımdır. O da anaslı xəstə olduğu üçün çıxıb getmişdir. Törətmiş olduğu əməlindən peşmandır. Onun cərimə cəzasını ödəməyə maddi imkanı yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Şəxs qeyd olunan hərəkəti özünün izahatı, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli, İXP-53891054 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 329.1 və 343.1-ci maddələrinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan 26 aprel 2023-cü il tarixli, 04 saylı aktdan görünür ki, Şəxs ekspres-test müayinəsindən keçməyə imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Əgər Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələbləri pozulmuşdursa, o zaman YPX əməkdaşı özü qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyasında sanksiyasında nəzərdə tutulmuş sürücülük hüququnu məhdudlaşdırmağı qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarəetmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar