Məhkəmə qərarları › İş №3(075)-421/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-421/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-421/2023 19.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin, İTÜB inspektoru, polis kapitanı X1 tərəfindən tərtib edilmiş 03 may 2023-cü il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC-nin istifadəsində olan «VAZ 21074» markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 30 mart 2023-cü il tarixdə, saat 13:55 radələrində durma qaydalarının pozuntusu törədilmiş və barəsində elektron protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokol tərtib etmiş Şəki ŞRPŞ-yə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Şəki Aqrotexservis» ASC-yə məlumat verilmələrinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli ŞRPŞ-nin DYPB-dən Şəxs ASC-yə göndərilmiş bildirişindən görünür ki, “Şəki Aqrotexservis" ASC-yə məxsus «VAZ 21074» markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən sürücü 30 mart 2023cü il tarixdə, saat 13:55 radələrində Bakı, Tbilisi Prospekti, Aksess Bankın qarşısında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətmiş, onun barəsində 5 (gün) ərzində ŞRPŞ-nin DYPB-yə məlumat verilməsi ilə bağlı müraciət olunmuşdur. İş materiallarında olan SS840494031AZ kodlu xəbərnamədən görünür ki, ŞRPŞ-nin DYPB tərəfindən “Şəki Aqrotexservis» ASC-yə göndərilmiş müraciət 06 aprel 2023-cü il tarixdə qəbul edilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş 5 (gün) ərzində cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Şəxs ASC-nin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar