Məhkəmə qərarları › İş №3(075)-423/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-423/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-423/2021 23.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Yevlax şəhərində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.4-cü maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs özünə məxsus olan «Vaz- 21061» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 18.06.2021-ci il tarixdə, saat 13:00 radələrində Şəki rayonu, Sarıca kəndinin yaxınlığından keçən şosse yolda hərəkətdə olan zaman idarə etməni itirmiş avtomaşın əksi istiqamətdə yolun kənarındakı su arxına düşüb qalmış, avtomaşında olan sərnişin yerə yıxılaraq xəsarət almışdır. Nəticədə sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.4cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X4 protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 18.06.2021-ci il tarixdə saat 14:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «Vaz-21061» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki rayonu, Sarıca kəndinin yaxınlığından keçən şosse yolda hərəkətdə olan yol-hərəkəti qaydaların pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobildə olmuş sərnişin X3 təpə-gicgah, alın və sağ bayır göz bucağının əzilmiş-cırılmış yaraları, sağ dirsəyin və sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasımı səbəb olan sağlamlığana yüngül zərər vuran xəsrət almışdır. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrinin tələblərinə uyğun olaraq material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X5 əməlində Azərbaycan Respublikası İXM-niıı 328.1 və 332.4-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 2021-ci ilin may ayının 12-də o, “Vaz-2106” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşını almışdır. Sürücülük hüququ verən vəsiqəsi olmadığı üçün həmin avtomaşını işlədiyi fermada saxlamışdır. 18 iyun 2021-ci il tarixdə saat təxminən 13:00 radələrində fermada çoban işləyən Barat ondan xahiş etmişdir ki, onunla Çayqaraqoyunlu kəndinə gedib gəlsin, Barat həmin kənddən at almalı idi. O da etiraz etməmiş, Barat və oğlu Kənanla birlikdə idarə etdiyi avtomaşına oturub fermadan çıxıb Çayqaraqoyuıılu kəndinə getmişlər. Geri qayıdarkən Şəki rayonu, Sarıca kəndinə gedən asfalt yolda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olmuş sərnişin X3 təpə-gicgah, alın və sağ bayır göz bucağının əzilmiş- cırılmış yaraları, sağ dirsəyin və sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasımı səbəb olan sağlamlığana yüngül zərər vuran xəsıət almışdır. Etdiyi hər bir əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar