Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-423/2023 11.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə işə açıq məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs 18 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 18 aprel 2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. Faktla bağlı Şəki ŞRPŞ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati təsir tədbirlərinin görülməsi üçün, qəbul edilmiş qərar icra edilməsindən ötrü şöbənin İTB-nə göndərilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs mübahisə zaminində şillə vurmuşdur. Həmin mübahisə Zərərçəkmiş şəxs anasının onların münasibətlərinə qarışdığı üçün başlamışdır. O, Nəhayətə anası ilə qalmamasını şərt qoymuş, lakin o bunu qəbul etməmişdir. Bu zaman o əsəbləşərək Zərərçəkmiş şəxs şillə ilə vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Əməlində peşmandır. Barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, Şəxs ilə qeyri-rəsmi yaşayır. 18 aprel 2023-cü il tarixdə onunla Şəxs arasında narazılıqlar baş vermiş və Şəxs onu şillə ilə vurmuşdur. Buna baxmayaraq hazırda o, Şəxs ilə barışmış və ondan heç bir şikayəti yoxdur. İnzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 04 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan və həmin qərarın çıxarılmasına əsas olmuş materiallardan görünür ki, Şəxs qeyd edilən inzibati xətanı törətmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 12 may 2023-cü il tarixli ərizədən görünür ki, 3 (075)-423/2023 saylı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməməsini xahiş etmişdir. İş materiallarında olan Şəxs tərəfindən yazılmış 11 may 2023-cü il tarixli iltizamdan görünür ki, o, Zərərçəkmiş şəxs və X1 bir daha hər-hansı bir formada narahat və təhqir etməyəcəyinə söz vermişdir. Əks təqdirdə öz məsuliyyətini başa düşdüyünü bildirmişdir. Həmin iltizam Şəxs, Zərərçəkmiş şəxs və X3 tərəfindən imzalanmışdır. Beləliklə Şəxs qeyd olunan hərəkətləri özünün etiraf izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi Şəxsnın hazırda təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında yanlız inzibati həbs və inzibati cərimə növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə əsasən, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi, Zərərçəkmiş şəxs ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında barışıq əldə olunmuş, həmçinin bu barədə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilməli, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilsin, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-423/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-423/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver