Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-424/2023 12.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 12 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, X3 12 may 2023-ci il tarixdə, Şəki şəhəri, N.Nərimanov küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 12 may 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Coşqun İsrafilov və Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Araz Binyətli birlikdə xidmətdə olduqları zaman saat 09:30 radələrində Şəki şəhəri N.Nərimanov küçəsində bir nəfər şəxsin ünvansız olaraq ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə törətdiyi qayda pozuntusunu izah edən zaman həmin şəxs aqressiv şəkildə qışqıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan boyun qaçıraraq “gedin işinizlə məşğul olun sizlik deyil” ifadəsini işlətmişdir. Onlar həmin şəxsi nizam intizama dəvət etsələr də, həmin şəxs yenə öz əməllərini nümayişkaranə şəkildə davam etdirərək ətrafdakı şəxslərin diqqətini özünə cəlb etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin xx xxxx 1999-cu il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs olması müəyyən olundu. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 12 may 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq Şəki şəhəri N.Nərimanov küçəsi ilə hərəkətdə olan zaman istifadəsində olan mobil telefona zəng gəlmiş, əsəbi olduğu üçün telefonla danışan zaman ucadan nalayiq ifadələr işlətmişdir. Bir qədər getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmişlər. Polis əməkdaşları ona qayda pozuntusu törətdiyi bildirmişlər. O, əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək “gedin işinizlə məşğul olun sizlik deyil” sözlərini demiş, öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onun izahedici söhbət apararaq onu polis şöbəsinə dəvət etmişlər. Şəki ŞRPŞ-də onunla yol verdiyi pozuntu ilə əlaqədar söhbətlər aparılmışdır. Bildirmişdir ki, hadisə səhər saatlarında baş vermişdir. Hadisə baş verən zaman ətrafda insanlar olmuşdur. Əməlindən peşman olduğunu bildirmişdir. Bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Sadəcə profilaktik söhbətlər aparılaraq məsələni yekunlaşdırmaq olardı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X5 ifadəsində göstərmişdir ki, o, 12 may 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Coşqun İsrafilovla birlikdə xidmətdə olduqları zaman saat 09:30 radələrində Şəki şəhəri N.Nərimanov küçəsində bir nəfər şəxsin ünvansız olaraq ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsə törətdiyi qayda pozuntusunu izah edən zaman həmin şəxs aqressiv şəkildə qışqıraraq onların qanuni tələblərinə tabe olmaqdan boyun qaçıraraq “gedin işinizlə məşğul olun sizlik deyil” ifadəsini işlətmişdir. Onlar həmin şəxsi nizam intizama dəvət etsələr də, həmin şəxs yenə öz əməllərini nümayişkaranə şəkildə davam etdirərək ətrafdakı şəxslərin diqqətini özünə cəlb etmişdir. Bundan sonra onlar həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. İlk öncə həmin şəxs polis şöbəsinə getməkdən imtina edərək yayınmaq istəsə də, sonra razılaşaraq polis şöbəsinə getmişdir. Bildirmişdir ki, hadisə baş verən zaman ətrafda insanlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Coşqun İsrafilov şahid X5 ilə oxşar məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, X3 ünvansız nalayiq ifadələr işlətməklə, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 12 may 2023-cü il saat 09:50-dən hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-424/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-424/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver