Məhkəmə qərarları › İş №3(075)-426/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-426/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-426/2021 23.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Şəki rayonu, Aşağı Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-101/2012 saylı, 27 aprel 2012-ci il tarixli icra sənədinə əsasən X3 07 sentyabr 1997-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat alıment tutularaq X4 verilməlidir. X2 20 manat rüsum alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-301/2021 saylı, 05.04.2021-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada 7323.59 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Bank of Baku" Açıq Səhmcar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şəxs 20 manat rüsum alınaraq dövlət büdcəsinə keçirilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-101/2012 saylı, 27 aprel 2012-ci il tarixli icra sənədinə əsasən X3 07 sentyabr 1997-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat alıment tutularaq X4 verilməlidir. X2 20 manat rüsum alınaraq dövlət büdcəsinə keçirilməlidir. İcra sənəd 29.05.2012-ci il tarixdə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanıınamüvafiq qaydada icraya yönələrək, icaata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin ıcıası təmin edilməmiş, aliment ödənilməmiş, nəticədə 1950 manat aliment borcu yaranmışdır. İcra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq aliment ödənilməmişdir Borcluya xəbərdarlıq edilərək icra sənədi üzrə tələbin yerinə yetirilməsi tələb edilmiş lakin borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən, tələbin əmlaka yönəldilməsini təmiri etmək məqsədilə adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir Lakin borclunun adına heç bir pul vəsaiti və daşınar, daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şəxs 23.08.2021-ci il tarixli izahatında hazırda işlmədiyini, pulunun olmadığını, borcunu bir il müddətinə ödəyəcəyini bildirmişdir. Borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, gostəıılənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 301/2021 saylı, 05.04.2021-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada 7323.59 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Bank of Baku" Açıq Səhmcar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şəxs 20 manat rüsum alınaraq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədi 07.05.2021-ci il tarixdə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanıınamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin etməmişdir. Borclu icra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq kredit borcu ödəməmiş, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən, tələbin əmlaka yönəldilməsini təmin etmək məqsədilə adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdin lakın borclunun adma heç bir pul vəsaiti və daşınar, daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şəxs 23.08.2021-ci il tarixli izahatında borcunu oktyabr ayından hər ay 150 manat olmaqla ödəyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 23 avqust 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:40-da o, məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 101/2012 saylı, 27 aprel 2012-ci il tarixli icra sənədinə əsasən ondan 07 sentyabr 1997-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat alıment tutularaq X4 verilməlidir. Ondan 20 manat rüsum alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 301/2021 saylı, 05.04.2021-ci il tarixli icra sənədinə əsasən o və X1 müştərək qaydada 7323.59 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Bank of Baku" Açıq Səhmcar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ondan 20 manat rüsum alınaraq dövlət büdcəsinə keçirilməlidir. İcra sənədlərindən xəbəri var. Bildirdi ki, uşaqlar onun yanına gəlib getdiyi, onlara pul verdiyi üçün, oğlu demək olar ki, onunla qaldığı üçün alimenti ödəməmişdir. Mütəmadi olaraq aliment ödəməsə də, oğluna qeyri-rəsmi pul vermişdir. Əgər ona vaxt verilərsə Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-101/2012 saylı, 27 aprel 2012-ci il tarixli icra sənədi üzerə borcunu 1 il ərzində ödəyəcəkdir. Banka olan borcunu ödəməməsinin səbəbi isə pandemiyaya görə şuba satdıqları bazarın bağlı olmasıdır. Borcunu oktyabr ayındar başlayaraq hissə-hissə, ayda 150 manat olmaqla ödəməyi bəzərdə tutmuşdur. İcra sənədləri üzrə borcunu bir dəfəyə ödəyə bilmir. Əlavə olaraq bildirdi ki, 23 avqust 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:40-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 23 avqust 2021-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 23 avqust 2021-ci il tarixdən, saat 10:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 23 avqust 2021-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 23 avqust 2021-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar