Məhkəmə qərarları › İş №3(075)-427/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-427/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-427/2021 23.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Qax rayonu, Əmircan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Qax rayonu, Əmircan kəndində qeydiyyatda olan, hazirda Şəki şəhəri, Ə.Haqverdiyev küç, 21-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Şəki şəhəri, Ə.Haqverdutev küçəsində 20.08.2021-ci il tarixdə narkotik vasitə olan (THC Marixuana)-dan istifadə etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs 20.08.2021-ci il tarixdə, saat 11:10-da Şəki şəhəri, Ə.Haqverdutev küçəsində narkotik tərkibli maddə olan marixuana (kannobis) qəbul etmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, həyat yoldaşının səhəti ilə bağlı ünvan 1 ünvanında qaynatasıgilin qonşuluğunda yaşayır. 20 avqust 2021-ci il tarixdə axşam saatlarında siqareti qurtardığından mağazaya getmək üçün evdən çıxmış, yolda gedərkən yerdə siqaret qutusu görmüş və siqaretə ehtiyacı olduğundan qutunu götürüb açmışdır. Qutunun içərisində siqaret olduğunu görüb götürüb çəkmişdir. Siqaretdən 2-3 tüstü aldıqdan sonra halı dəyişmiş və çəkdiyinin siqaret olmadığını başa düşmüş və siqareti atmışdır. Daha sonra isə evə qayıtmışdır. Halı pis olduğundan evdən çıxmamışdır. 22 avqust 2021-ci il tarixdə evdən çıxıb bazara gedərkən iki nəfər şəxsin avtomobili saxlayaraq ondan adres soruşarkən onların polis olduğunu anlamış və həyəcanlanmış, özünü itirmiş və dili topuq vurmağa başlamışdır. Bu zaman həmin polis əməkdaşları avtomobildən düşərək, ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun şəxsiyyət vəsiqəsi üzərində olmadığından şəxsiyyətini müəyyən etmək üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində isə o, səmimi olaraq yerdən tapdığı siqaretin narkotik vasitə olacağını və 2-3 tüstü aldığını etiraf etmişdir. Polis əməkdaşları onu narkoloji testdən keçmək üçün klinikaya aparmışlar. Onun sidiyindən narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Əməlindən peşmandır. Həyat yoldaşı ağır xəstə olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs narkotest müayinəsi edilmiş və onun marixuana narkotik vasitə qəbul etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar