Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-429/2021 07.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: X4 iştirakı ilə, X1 İXP ******* nömrəli, 10.07.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, İXP ******* nömrəli, 10.07.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Xətai rayon DYPŞ tərəfindən onun barəsində tərtib olunmuş İXP ******* nömrəli protokoldan və qəbul edilmiş TP ******* saylı 10.07.2020-ci il tarixli qərardan yalnız Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə çağırıldıqdan sonra məlumatı olmuş və qərarın surəti Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən ona təqdim edilmişdir. Qərarla tanış olarkən 10.07.2020-ci il tarixdə 200 manat məbləğində inzibati cərimə olunduğunu bilmişdir. Lakin həmin zaman onun 16 yaşı tamam olmamışdır. Belə ki, o, 29.07.2004-cü il tarixdə Şəki rayon Zunud kəndində anadan olmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında verilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni müdafiə edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəki ŞRPŞ-nin nümayəndəsi iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 10.07.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 10.07.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İXM-nin 16.1-ci maddəsinə əsasən İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 16.2-ci maddəsinə əsasən isə İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. Göründüyü kimi sürücü X5 barəsində inzibati tənbeh tətbiq edilərkən onun 16 yaşı olmamışdır. X3 inzibati xəta törətdiyi anda inzibati xəta tərkibinin subyekti olmamışdır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən fiziki şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də Xətai Rayon DYPŞ tərəfindən X5 barəsində tərtib edilmiş 10.07.2020ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında verilmiş 10.07.2020-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xətai Rayon DYPŞ tərəfindən X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında verilmiş 10.07.2020-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-429/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-429/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver