Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-429/2024 11.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, X3 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21887105 nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X5 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 20 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21887105 nömrəli qərara əsasən X3 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X3 oğlu şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən ona yazılmış 20 iyun 2024cü il tarixli, EQ seriyalı, 21887105 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək, barəsində olan işin icraatında xitam veriləsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və səlahiyyətli orqan nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə qərardan şikayət vermiş şəxsin və səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, 20 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21887105 saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olmaqla məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21887105 nömrəli qərardan görünür ki, X3 oğlu idarə etdiyi nəqliyyat vasitəsininin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X3 oğlu idarə etdiyi nəqliyyat vasitəsininin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə onun barəsində İXM-nin 346.2-ci maddəsi ilə qərar qəbul edilmiş və həmin qərarda Məmməd Çələbizadə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X4 oğlu tərəfindən İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Məmməd Çələbizadə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında qərarda inzibati xətanın ”Nissan Sunny” minik markalı, **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədilməsi göstərilsədə, inzibati xəta haqqında qərarın özündə olan fotoşəkillərdən görünür ki, həmin inzibati xəta" ”Nissan Sunny” minik markalı avtomaşın tərəfindən deyil dövlət qeydiyyat nişanı görünməyən ”X6” minik markalı avtomobil tərəfindən törədilmişdir. Göründüyü kimi şikayət verilmiş qərar X1 barəsində qəbul edilsə də həmin inzibati xətanın Məmməd Çələbizadə tərəfindən törədilmiş olması öz təsdiqini tapmamışdır. Qərar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş inzibati xətaya dair olduğundan qərarda inzibati xəta hadisəsinin fotoşəkilləri mövcuddur. Həmin fotoşəkillərdən inzibati xəta hadisəsinin törədildiyi nəqliyyat vasitəsinin “Nissan Sunny” minik markalı avtomobil olmadığı aydın görünür. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərarda əks olunmuş inzibati xəta X2 tərəfindən yox, başqa şəxs tərəfindən törədilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 oğlunun İXM-in 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından 20 iyun 2024cü il tarixli, EQ seriyalı, 21887105 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 oğlunun Azərbaycan Respublikası İXM-in 346.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X5 oğlu tərəfindən qəbul olunmuş 20 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21887105 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-429/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-429/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver