Məhkəmə qərarları › İş №3(075)-43/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-43/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-43/2022 01.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli, 11000-0085/22 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli, 11000- 0085/22 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Zaqatala şəhəri, S.Kazımov, ev 19 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 01.12.2021-ci il tarixdə Serbiya Respublikasından AK34636/A3072B6 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal edilmiş “Tütün” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 12 yanvar 2022-ci il tarixli, 11000-0085/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, Zaqatala şəhəri, S.Kazımov, ev 19 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 01.12.2021-ci il tarixdə Serbiya Respublikasından AK34636/A3072B6 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal edilmiş “Tütün” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Halbuki, həmin qısa bəyannamə yüklə dolu olan nəqliyyat vasitəsi gömrük sərhəddinə daxil olmamışdan əvvəl verilməli idi. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahat verərək göstərmişdir ki, AK34636/A3072B6 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal edilmiş “Tütün” yükünün Şəxs MMC-nin tapşırığına əsasən Serbiya Respublikasında yüklənərək Rusiya Federasiyası ərazisindən keçməklə Belarus Respublikasına getməli olduğunu, lakin Rusiya Federasiyası qeyd edilən nəqliyyat vasitəsini ölkə ərazisinə buraxmadığı üçün qeyd edilən nəqliyyat vasitəsinin Şəxs MMC-nin faktiki ünvanı olan Şəki şəhəri, Oğuz şossesi, 5 ünvanına göndərildiyini, nəqliyyat vasitəsinin ölkə ərazisindən nə vaxt keçəcəyi barədə Şəxs MMC-nin məlumatının olmadığına görə mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilmədiyini bildirmişdir. İnzibati xəta törədilməsini bilir. Qanuna müvafiq qərar çıxarılmasına etiraz etməmişdir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 485.2-ci maddəsi ilə tərtib edilmiş 12 yanvar 2022-ci il tarixli, 11000-0085/22 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Zaqatala şəhəri, S.Kazımov, ev 19 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 01.12.2021-ci il tarixdə Serbiya Respublikasından AK34636/A3072B6 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal edilmiş “Tütün” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir və bu əmələ görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Zaqatala şəhəri, S.Kazımov, ev 19 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 01.12.2021-ci il tarixdə Serbiya Respublikasından AK34636/A3072B6 nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal edilmiş “Tütün” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq Şəxs MMC Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə Qəra ra aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar