Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-43/2025 04.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs Abdullayev Ehtibar İbadullah oğlunun Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X6 iştirakları ilə, X4 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X7 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərara əsasən X4 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X4 oğlu şikayət verərək, həmin qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. X4 oğlu şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində Şəki şəhəri, N.Nərimanov küçəsi ilə hərəkətdə olarkən Şəki rayonu Yol patrul xidməti baş inspektoru X7 tərəfindən qanunsuz olaraq saxlanılmışdır. O, yolda saxlanılan zaman Şəki rayonu Yol patrul xidməti baş inspektoru X7 bildirdi ki, guya o, təhlükəsizlik kəmərindən istifadə etməmişdir. O, isə kəmərdən istifadə etdiyini bildirərək, həmin vaxtı X5 bu barədə videogörüntü tələb etsə də sonuncu görüntünü təqdim edə bilməmişdir. Onun barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokolda həmçinin 329.1ci maddəsi ilə inzibati xəta törətməyi qeyd edilmişdir. Həmin saxta protokol əsasında da xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin bu tamamilə yalandır. Bildirir ki, həmin inzibati xətanı törətməmişdir. Əgər həqiqətən də bu inzibati xətaları törətsəydi bunu etiraf edər və protokoldan şikayət verməzdi. Buradan da görünür ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Həmin qərarla razılaşmır, həmin qərarı qanunsuz və əsassız hesab edir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 oğlu şikayət ərizəsində göstərdiklərini qeyd edərək barəsində tətib olunmuş, protokol və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəfindən qəbul edilmiş protokol və qərar tam olaraq qanuni və əsaslıdır. Ərizəçinin bildirdikləri məsuliyyətdən yayınmaq məqsədli olduğundan şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olmaqla məhkəmə baxışındatədqq edilmiş; xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddələrinin tələblərini pozmuşdur. Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X7 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan görünür ki, X4 oğlu təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə baxışında tərəflərin izahatı və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X3 tərəfindən ona məxsus olan “Toyota Prado” markalı **-CC-*** nömrəli avtomaşını idarə edərkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X7 tərəfindən barəsində İXM-nin 329.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Qanunun tələbinə görə, İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə edilməlidir. Hazırki iş üzrə səlahiyyətli orqan tərəfindən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilsə də həmin pozuntunu sübut edə biləcək video və ya fotoşəkil qərar əlavə olunmamış, həmçinin məhkəmə zalında təqdim edilmədən X1 İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar qəbul etmişdir. Göründüyü kimi X3 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə X2 məxsus nəqliyyat vasitəsinin təhlükəsizlik kəmərini bağlamadan idarə etməsi qeyd edilməklə (İXM-nin 329.1-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. Göründüyü kimi, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməsini sübut edəcək görüntü qərara əlavə edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Beləliklə, məhkəmə hesab edir ki, X4 oğlunun İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X3 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 oğlunun Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nın baş inspektoru X7 tərəfindən xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-43/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-43/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver