Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-430/2020 21.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipaşa oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı x3 iştirakları ilə, 07 avqust 1983-cü il tarixdə Şəki rayonu Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olan Şəxs Əlipaşa oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı x5 tərəfindən tərtib edilmiş 21 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Əlipaşa oğlu 20 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində x2 xidməti iş otağında olarkən ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamış, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı x5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs Əlipaşa oğlu 20 iyul 2020-ci il tarixdə, saat 12:00 radələrində x2 xidməti iş otağında olarkən ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipaşa oğlu məhkəmə iclasında göstərdi ki, verdiyi şikayət ərizəsi ilə bağlı Şəki ŞRPŞ-yə dəvət olunmuşdur. x2 xidməti iş otağında izahatı alınarkən əsəbiləşmiş, mübahisə yaratmağa başlamışdır. Belə ki, təhqiqatçının verdiyi suallar onu əsəbiləşdirmişdir. Bundan sonra səsküyə digər polis əməkdaşları gəlmiş, onu sakitləşdirməyə çalışmışlar. O, bundan sonra baş verənləri xatırlamır. Ola bilsin ki, əsəbi olduğu üçün polisin iş rejimini pozmuşdur. Lakin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Etdiyi hərəkətlərdən peşmandır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin təhqiqatçısı x4 izahatında göstərdi ki, 20 iyul 2020-ci il tarixdə icraatında olan material ilə əlaqədar Şəki rayon sakini Şəxs Əlipaşa oğlu izahatının alınması məqsədilə Şəki ŞRPŞnin inzibati binasına – onun xidməti iş otağına daxil olmuşdur. Bu zaman vətəndaş Şəxs material üzrə izahatını almağa və istiqamətləndirici suallar verməyə başlanılmışdır. Lakin vətəndaş Şəxs verilmiş suallara cavab vermək əvəzinə səs-küy salmaqla ünvansız nalayiq ifadələr işlətmiş, eyni zamanda aqressiv hərəkətlərə yol vermişdir. Xidməti iş otağında Şəxs ilə aparılan profilaktiki söhbətlər zamanı o, əvvəlcə ünvansız, sonra isə polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs sakitləşməsi və Şəki ŞRPŞ-nin gündəlik iş rejimi qaydalarına riayət etməsi təklif olunsa da sonuncu öz hərəkətlərini davam etdirərək, ümumi polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onu sakitləşdirməyə çalışarkən o, özünü aqressiv apararaq sərt xarakter nümayiş etdirməklə etdiyi hərəkətlərinə haqq qazandırmağa çalışmış, şöbənin iş fəaliyyətini pozmağa cəhd etmişdir. Sonradan isə əl-qol hərəkətləri ilə öz qanunsuz əməlini davam etdirməyə başlamışdır. Bu zaman mövcud səs-küyə xidməti iş otağına daxil olan Şəki ŞRPŞ-nin NHnin məsul növbətçisi Arzu Qurbanov həmin şəxsi sakitləşdirməyə çalışan zaman həmin şəxs polis əməkdaşlarına da məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Onlar təkrarən onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da nümayişkaranə şəkildə öz hərəkətlərini davam etdirmiş, polisin qanuni tələbinə tabe olmamış, eyni zamanda daha da ucadan qışqıraraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Odur ki, polisin normal iş fəaliyyətini bərpa etmək üçün onu inzibati binadan kənara çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin təhqiqatçısı x6 digər şahid x1 məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiklərini eyni ilə təsdiq etdi. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Əlipaşa oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs Əlipaşa oğlu polis şöbəsində olduğu müddətdə səs-küy salaraq, ictimai qaydanı pozmuş, ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla da o, polisin normal iş fəaliyyətini pozmuşdur. Bu hal şahid ifadələri ilə yanaşı Şəxs tərəfindən də etiraf edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Əlipaşa oğlunun təhqiqatçının hərəkət və hərəkətsizliyindən şikayət vermək hüququ olduğu halda, sonuncu bu hüququndan istifadə etməmiş, əksinə ictimai qaydanı pozaraq ətrafdakıların diqqətini özünə cəlb etmiş və polisin normal iş fəaliyyətinin pozulmasına səbəb olmuşdur. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı x3 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Əlipaşa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda Şəxs Əlipaşa oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin, Şəxs Əlipaşa oğlu tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bundan başqa şöbənin növbətçi hissəsinin qanuni tələblərinin pozulması iş materialları ilə sübut olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipaşa oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs Əlipaşa oğluna İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlipaşa oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əlipaşa oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul edildiyi saatdan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-430/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-430/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver