Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-430/2024 01.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X7 oğlunun iştirakı ilə, X7 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X9 oğlu tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21704771 nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X9 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 11 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21704771 nömrəli qərara əsasən X7 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X7 oğlu şikayət verərək, həmin qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. R.M.Nadirov şikayətini onunla əsaslandırmışdır ki, 11 iyun 2024-cü il tarixdə elektron poçt ünvanıma barəsində tərtib edilmiş EQ-21704771 nömrəli, 11 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol göndərilmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Halbuki, həmin protokolda nəzərdə tutulmuş xətanı törtəməmişdir. Belə ki, onun qaynatası X3 mülkiyyətində VAZ 21043 markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil vardır. Həmin avtomobildən faktiki olaraq qaynatası X6 özü istifadə edir. X6 həmin avtomobillə bağlı ona etibarnamə vermişdir və o, həmin avomobildən etibarnamə əsasında istifadə edirdi. Lakin, ödənilməmiş inzibati cəriməsi olduğuna görə məhkəmə qaydasında onun sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılmışdır. O, Şəki rayonu, Cunud kəndində yaşayır, qaynatası isə Şəki şəhərində yaşayır. İşi kənddə olduğundan hər zaman avtomobilə ehtiyacı olmur. Həmçinin, sürücülük hüququ da məhdudlaşdırıldığından uzun müddətdir ki, avtomobildən sürücü kimi istifadə etmir. X6 11 iyun 2024-cü il tarixdə mülkiyyətində olan VAZ 21043 markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı (Qəblə, Oğuz- Şəki) yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən müəyyən edilmiş sürət həddini aşmışdır. Yəni, belə bir xəta mövcuddursa da, həmin xətanı o, deyil, avtomobili idarə edən şəxs, yəni X6 törətmişdir. Lakin, bununla bağlı inzibati xəta haqqında protokol həmin şəxsin barəsində deyil, onun barəsində tərtib edilmişdir. Bu isə onun hüquqlarının pozulması ilə nəticələnir. Halbuki, həmin xətanın törədilməsində onun heç bir təqsiri olmamışdır. X6 11 iyun 2024-cü il tarixdə mülkiyyətində olan VAZ 21043 markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı (Qəblə, Oğuz-Şəki) yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən müəyyən edilmiş sürət həddini aşmasını qarşıdan gələn dövlət yol polisinə məxsus Aypatrul avtomobili qeydə almışdır. Lakin, X3 adından onun adına verilmiş etibarnamə olduğuna görə protokol onun barəsində tərtib edilmişdir. Halbuki, yol polisi onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyini müəyyən etmişdirsə, onun hərəkətini davam etdirməyinə hansı səbəbdən imkan yaratdığı sual altında qalır. Əlbətdəki, rolda o, olmamışdır, əgər belə olsa idi, onun idarə etdiyi avtomobil saxlanılaraq, avtomobildən kənarlaşdırılardı. Əlavə olaraq bildirmişdir ki, sürət həddini pozma zamanı qeydə alınmış video görüntü və fotoşəkillərlə də, həmin avtomobili onun deyil, daha yaşlı şəxsin, yəni X3 idarə etdiyini müəyyən etmək mümkün olur. Halbuki, onun inzibati xəta törətmədiyini o sübut etməyə borclu deyildir, əksinə, onun inzibati xəta törətdiyini protokol tərtib edən vəzifəli şəxs sübut etməlidir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli orqan nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında qərardan şikayət verən şəxs X7 oğlu şikayət ərizəsində göstərdiklərini qeyd edərək barəsində tətib olunmuş, protokol və inzibati tənbeh vermə haqqında qərarın icraatınaxitam verilərək cərimə məbləğinin üzərindən götürülməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, X7 oğlu onun qızının əridir. Təxminən 2 il bundan qabaq Rəyalın anası xəstə olduğundan və onun təcili olaraq Bakı şəhərinə həkimə aparılması vacib olduğundan o, Rəyala ona məxsus olan “VAZ 21043” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. Bundan sonra Rəyal onun avtomobilini idarə etməmişdir. İnzibati xəta haqqında qərar qəbul edilən tarixdə avtomobili o, idarə etmişdir. Həmin vaxt avtomiobildə arvadı, qızı və iki nəvəsi olmuşdur. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, 11 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21704771 saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olmaqla məhkəmə baxışındatədqq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X9 oğlu tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21704771 nömrəli qərardan görünür ki, X7 oğlu idarə etdiyi nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. AC № 907596 nömrəli xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VAZ 21043” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilX3 mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin 3(075)-966/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X5 tərəfindən X4 məxsus avtomobil Qaraməryəm- İsmayıllı (Qəblə, Oğuz-Şəki) yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən yolda nəzərdə tutulmuş surət həddinin aşması halı yol-patrul xidmətinin avtomobilində quraşdırılmış elektron surət ölçmə aparatı vasitəsilə aşkar olunmuş, onun barəsində İXM-nin 328.1-ci maddəsi ilə qərar qəbul edilmiş və həmin qərarda Rəyal Nadirov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X9 oğlu tərəfindən İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Rəyal Nadirov barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Qanunun tələbinə görə, İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşılmalıdır. Hazırki iş üzrə səlahiyyətli orqan tərəfindən yolda nəzərdə tutulan surət həddinin aşılması müəyyən edilsədə həmin surət həddinin kim tərəfindən pozulmasını aydınlaşdırmadan X2 İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar qəbul etmişdir. Bundan başqa, İXM-in 328.1-ci maddəsində Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə nəzərdə tutulsa da, Rəyal Nadirov həmin maddə ilə təqsirli bilijnməklə 300 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi X5 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə Rəyal Nadirovun idarə etdiyi nəqliyyat vasitəsini Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə qeyd edilməklə (İXM-nin 328.1-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. İş materiallarında olan AC № 907596 nömrəli xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VAZ 21043” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil X3 mülkiyyətindədir. Göründüyü kimi, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən normativ tələblər pozulmaqla, nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi ilə bağlı xüsusat aydınlaşdırılmamış, ümumiyyətlə inzibati xəta haqqında araşdırma zamanı “VAZ 21043” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil Rəyal Nadirovun tərəfindən idarə edilməsi müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə araşdırma X2 hüquqları pozulmaqla həyata keçirilmişdir. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə qərar verilmiş şəxs X2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-də inzibati xəta haqqında qərar qəbul olunarkən iştirakının təmin edildiyi, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə ona məlumat verildiyi iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, bu hal X2 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneədir. İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı zəruridir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X7 oğlunun İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından 11 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21704771 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, X5 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X7 oğlunun Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-in polis polkovnik leytenantı X9 oğlu tərəfindən qəbul olunmuş 11 iyun 2024-cü il tarixli, EQ seriyalı, 21704771 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-430/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-430/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver