Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-431/2020 14.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, Ərizəçi X2 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq ərizəçi X6 və Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X6 ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X10 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin Təcili və X4 Satansiyasında sürücü işləyir. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının bir sıra ərazilərində, o cümlədən Şəki rayonunun ərazisində xüsusi karantin rejimi elan olunmuş və evdən çölə və yaşayış yerindən kənara yalnız icazə ilə çıxılmasına icazə verilmişdir. Ona görə də onlara iş yerindən rəsmi icazə vərəqəsi verilmişdir. xx xxxx 2020-ci il tarixdə işə gedərkən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 onu saxlayaraq sənədləri təqdim etməyini və icazəsinin olub olmamasını soruşmuş, o isə müvafiq icazəsi olduğunu bildirmişdir. Lakin Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 portalda icazəsinin olmamasını bildirərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək onu 200 manat məbləğində inzibati cərimə etmişdir. Həmin protokoldan narazıdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X6 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx xxxx 2020-ci il tarixdə, saat 12:45 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində karantin rejimi qaydalarını pozulmuşdur. İş materiallarında olan icaze.e-gov.az saytından çıxarışdan görünür ki, X2 və onun idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülük fəaliyyəti ilə məşğul olmaq üçün ölkə ərazisində xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci ilədək icazəsi olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, ərizəçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində şəxslərin hərəkəti icaze.e-gov.az portalında icazə aktivləşdirildikdən sonra mümkün olmuşdur. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 xx xxxx 2020-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli protokolda X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X6 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab verməmiş və tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan başqa X6 ölkə ərazisində sərbəst fəaliyyətinə imkan verən icaze.e-gov.az portalında xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci ilədək aktiv icazəsi olmuşdur. Məhkəmə hesab edir ki, X1 fəaliyyəti ilə məşğul olmaqla, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilən günə, yəni xx xxxx 2020-ci il tarixə maneəsiz hərəkətinə icazə verilmiş və bununla bağlı icaze.e-gov.az portalında müvafiq sənəd olmuşdur. Buna görə də Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən X2 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən X2 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-431/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-431/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver