Məhkəmə qərarları › İş №3(075)-432/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-432/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-432/2021 26.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 26 avqust 2021-ci il tarixdə, saat 12:12 radələrində, Şəki şəhəri, Calğalıbulaq küçəsində Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 26 avqust 2021-ci il tarixdə Şəki şəhəri, Calğalıbulaq küçəsində Şəxs “Chevrolet Cruze” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini taxmadığından Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, ona törətdiyi qayda pozuntusu izah edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs isə təhlükəsizlik kəmərini taxmayacağını bildirmiş və avtomobildən düşərək polis əməkdaşları ilə mübahisə etmişdir. Şəxs ətrafdakıların diqqətini cəlb edərək, ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizamintizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 26 avqust 2021-ci il tarixdə, saat təxminən 12:12 radələrində Şəki şəhəri, Calğalıbulaq küçəsində Şəxs “Chevrolet Cruze” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərini taxmadığından Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları ona avtomobili kənara çəkməsini bildirmişlər. Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və bu zaman polis əməkdaşları tərəfindən ona kənardan müxilə edilmişdir. Bu zaman o əsəbi olduğundan “mənim pulum çoxdur” demiş və daha sonra avtomobildən düşərək polis əməkdaşları ilə yersiz mübahisə etmişdir. Mübahisə etdiyi üçün hadisə yerinə Şəki ŞRPŞ-nin PPX-nin əməkdaşları çağırılmış və onlar gələrək onu polis şöbəsinə gətirmişlər. Bildirdi ki, ailəlidir və 2 uşağı var. Etdiyi hər bir əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 izahatında göstərdi ki, Şəxs polis əməkdaşı ilə mübahisə etməsi polisə tabe olmama kimi qiymətləndirilə bilməz. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 26.08.2021ci il tarixdə “KİA” markali **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Şəki ŞRPŞin DYPB-in YPX-i baş inspektoru, polis leytenantı Səbuhi Əliyevlə birlikdə xidmət apardıqları zaman təxminən saat 12:12 radələrində ərazisində Şəki şəhəri Calğalıbulaq küçəsində “Chevrolet” markalı **-DF-*** dövlət nömrə nişanlı avtomaşına hərəkətdə olan zaman tehlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlama işarəsi vermişlər. Həmin sürücü idarə etdiyi avtomobili saxladıqda onlar sürücüyə yaxınlaşaraq özülərini təqdim etmişlər və ona törətdiyi inzibati xətanı izah etmişlər. Sürücüyə idarə etdiyi avtomobili kənarda saxlamasını bildirmişlər. Sürücü isə uca səslə ictimayəti yəni ətrafda olan insanların nəzərini üzərinə çəkməyə çalışaraq təhlükəsizlik kəmərindən istifadə etməyəcəyini, avtomobilini qırağa çəkməyəcəyini bildirərək onların qanuni tələblərinə qəsdən tabesizlik göstərməyə başlamışdır. Onlar sürücünü nizam-intizama dəvət etməklə qanunlara riayət etməsini bildirdikdə o, daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirdiyi üçün tərəflərindən PPX əməkdaşlarına zəng edilmiş, polis əməkdaşları gələrək Şəxs polis şöbəsinə aparmışlar. İnzibati protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən hadisənin görüntüsünü əks etdirən “CD” diski izlədikdə aydın olur ki, Şəxs barəsində tərtib edilmiş inzibati protokolu aldıqdan sonra ictimai qaydanı mühafizə edən polis əməkdaşları ilə səbəbsiz mübahisə etməyə bşlamış, avtomobilini yolun hərəkət hissəsində saxlamaqla gediş-gəlişə mane olmuş, avtomobilinin yoldan çəkməsi, həmçinin nizam-intizamlı olması ilə bağlı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞdən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar