Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-435/2020 24.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərərçəkmiş şəxs x2 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Şəki rayonu Vərəzət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Şəki rayonu Vərəzət kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru x3 tərəfindən tərtib edilmiş 24 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-292/2020 saylı, 29 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 9500 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar x4 ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru x3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-292/2020 saylı, 29 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 9500 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar x4 ödənilməlidir. İcra sənədi 03 mart 2020-cı ildə Şəki rayonu üzrə icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, borc məbləği ödənilməmiş qalmışdır. Həmçinin borclu 17 mart 2020-ci il və 02 aprel 2020-ci il tarixlərində şöbəyə çağırılmış, lakin borclu heç bir üzürlü səbəb göstərmədən çağırışlara gəlməmiş, icra məmurunun qanuni tələbim yerinə yetirməmişdir. Borclu çağırışlara gəlmədiyi üçün onun məcburigətırılməsi barədə qərar qəbul edilərək ünvanına göndərilmiş, borclu bu dəfə də Şəki rayonu üzrə icra və Probasiya şöbəsinə gəlməmişdir. Belə olan halda borclunun məcburi gətirilməsi barədə məhkəməyə müraciət olunmuş, borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qəarı olmasına baxmayaraq borclu Şəxs şöbəyə gəlməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədinin icrasından yayınmışdır. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclu Şəxs24 iyul 2020ci il tarixii izahatında borc məbləğini imkanı olmadığı üçün ödəmədiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 24 iyul 2020-ci il tarixdə, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-292/2020 saylı, 29 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən 9500 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar x4 ödənilməlidir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Əgər vaxt verilərsə 1 ay ərzində borcunu tam ödəyə bilər. Əlavə olaraq bildirdi ki, 24 iyul 2020-ci il tarixdə, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 14:00-da məhkəməyə aparılmışdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs x5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-292/2020 saylı, 29 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 9500 manat borc və 30 manat dövlət rüsumu alınaraq ona ödənilməlidir. Qətnamənin qanuni qüvvəyə minməsindən uzun müddət keçsə də borclu Şəxs heç bir ödəniş etməmiş və hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Halhazırda da dedikləri inandırıcı deyil. Çıxarılacaq yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, zərərçəkmiş şəxsin izahatları və digər sənədlərlə təsdiq olundu. Şəxs məhkəmə iclasında maddi imkanı olmadığı və yaxın vaxtlarda borcunu ödəyəcəyini bildirsə də, iş materiallarından görünür ki, sonuncu qətnamə qanuni qüvvəsindən aldıqdan bəri heç bir ödəniş etməmiş, hətta icra məmurunun çağırışlarına gəlməmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunun ödəməməsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 24 iyul 2020-ci il tarixdə, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 24 iyul 2020-ci il tarixdə, saat 12:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 24 iyul 2020ci il tarixdən, saat 12:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 24 iyul 2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-435/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-435/2020
24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver