Məhkəmə qərarları › İş №3(075)-435/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-435/2021

28.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-435/2021 28.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X2 nümayəndəsi (vəkili) Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi X14 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən barəsində tərtib edilmiş MN ******* saylı, 12.08.2021-ci il tarixli qərarı üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati təndeh vermə haqqında MN ******* saylı, 12.08.2021-ci il tarix qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 nümayəndəsi (vəkili) Vəkil izahatında göstərdi ki, "xxxx" QSC-də çalışan X12 29 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş və onun son haqq hesab pulu İ.Abdurahmanova 13 iyul 2021-ci il tarixdə ödənilmişdir. Bununla əlaqədar X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən MN ******* saylı, 12.08.2021-ci il tarixli qərar qəbul edilərək 1000 manat cərimə edilmişdir. X10 həmin qərardan narazı qalmış və şikayət vermişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən X3 barəsində qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Şikayəti müdafiə edir. Şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi X18 izahat verərək göstərdi ki, "xxxx" QSC-də çalışan X12 2021-ci ilin son haqq-hesabının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsi əsası ilə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Şəki regional ərazi şöbəsinə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, X5 Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 29 mart 2021-ci il tarixdə işdən azad edilmişdir. Lakin "xxxx" QSC-nin direktoru X1 İlyas Zəkəriyə oğlunun son haqq-hesabının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməsini təmin etməmişdir. Belə ki, İ.Abdurahmanovun əmək müqaviləsinə 29.03.2021-ci ildə xitam verilməsinə baxmayaraq ona sonuncu haqq-hesab işdən çıxarıldığı gün deyil, həmin gündən 2 ay 15 gün sonra yəni, 13 iyul 2021-ci il tarixdə ödənilmişdir. Əmək Məcəlləsinin tələblərinin pozulduğuna görə 02 avqust 2021-ci il tarixdə "xxxx" QSC-nin direktoru X10 barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, protokol və qərar qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir. Onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Şikayət əsassız hesab edir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Şəki regional ərazi şöbəsinin 02 avqust 2021-ci il tarixli, MN- 1052089 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 12 avqust 2021-ci il tarixli, MN-0646611 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X10, X8 əmək və məzuniyyət haqlarının ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozduğuna görə İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan yoxlamaların avtomatlaşdırılmış informasiya sistemindən məlumatdan görünür ki, X5 Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 29 mart 2021-ci il tarixdə işdən azad edilmişdir. İşdə olan 13 iyul 2021-ci il tarixli kassa məxari orderinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC tərəfindən 2021-ci ilin fevral-mart ayının əmək haqqı 13 iyul 2021ci il tarixdə X11 ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi ərizəçi tərəf hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə araşdırması və işdə olan sənədlərin təhlili zamanı müəyyən olunur ki, X6 əməli ilə İXM-nin 192.4-cü maddəsinin tələblərini pozulması aydın olur. Göstərilən əsaslarla məhkəmə X6 inzibati təndeh vermə haqqında MN ******* saylı, 12.08.2021-ci il tarix qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin inzibati təndeh vermə haqqında MN ******* saylı, 12.08.2021-ci il tarix qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar