Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-436/2021 14.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ-nin DYPB-nin ypx inspektoru, polis baş serjantı X5 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin DYPB tərəfindən barəsində tərtib edilmiş 25.08.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 25.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.08.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üizrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, Şəki şəhərində yerləşən “Samsung” adlanan mağazada satıcı işləyir. 25.08.2021-ci il tarixdə Şəki rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X3 şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən işlədiyi “Samsung“ mağazasının içərisində tibbi maskadan istifadə etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, 100 manat məbləğində cərimə etmişdir. Həmin vaxt protokolla tanış olmuş və onunla razılaşaraq ona qeydlər etmişdir. Hesab etmişdir ki, protokol əsassız və qanunsuzdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, 25.08.2021-ci il tarixdə Şəki şəhəri ərazisində xidmətdə olarkən, Şəki şəhəri, X11 prospektində “Samsung“ mağazasına daxil olmuş və mağazanın içərisində olan vətəndaşın tibbi maskadan istifadə etmədiyini görmüşdür. Buna görə də o, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən X6 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin vətəndaş inzibati tənbeh vermə haqqında qərarı imzalamış və tibbi maskadan istifadə etmədiyini qeyd etmişdir. Şikayəti əsassız hesab edir və onun təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş 25.08.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli qərarına əsasən: -Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. - Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.2-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, 25.08.2021-ci il tarixdə Şəki şəhəri, X11 prospektində yerləşən, işlədiyi “Samsung“ mağazasında qoruyucu tibbi maskadan istifadə etməmişdir. Eyni hal onun qoruyucu tibbi kaskadan istifadə etməməsi barədə inzibati tənbeh vermə haqqında qərara etdiyi qeydlə də təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X4 25.08.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üizrə icraata xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Azərbaycan Respublikasi Daxili işlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən barəsində tərtib edilmiş 25.08.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 25.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-436/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-436/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver