Məhkəmə qərarları › İş №3(075)-437/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-437/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-437/2021 15.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, xx xxxx 1995-ci ildə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olmuş, subay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Baş Zəyzid kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X7 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən, “İtaliano oboy” sahibkarlıq obyektində 1,58m x 2,10m x 1 ədəd=3,32 kvadrat metr ölçüdə fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün X7 İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına iştirak etməmişdir. Bundan başqa məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istifadəsində olan 077 370-07-77 mobil nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində SMS bildiriş göndərilmiş, həmçinin məhkəmə iclas katibi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mobil nömrəsi vasitəsi ilə əlaqə saxlanılaraq məlumat verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən, “İtaliano oboy” sahibkarlıq obyektində 1,58m x 2,10m x 1 ədəd=3,32 kvadrat metr ölçüdə fasad reklamının icazəsiz reklam yerləşdirmiş və yaymışdır. Bu barədə 12 avqust 2021-ci il tarixdə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib olunmuşdur. Bu barədə 13 avqust 2021-ci il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona qanunsuz olaraq yerləşdirdiyi reklamı sökməsi və reklam yerləşdirmək üçün 5 gün ərzində X7 İdarəsi ilə müqavilə bağlaması tələb olunmuşdur. Şəxs isə dövlət rüsumunu ödəməkdən boyun qaçırmışdır. Şəxs, X7 İdarəsi ilə müqavilə bağlamamışdır. Buna görə də Şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə insibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsində VÖEN ********** ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 12 avqust 2021-ci il tarixli aktdan görünür ki, Şəxs Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən, “İtaliano oboy” sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. İş materiallarında olan 12 avqust 2021-ci il tarixli, İMG 001379 nömrəli icrası məcburi olan göstərişdən görünür ki, Şəxs aktda qeyd olunan qanun pozuntuların 05 (beş) gün ərzində aradan qaldırmadığı təqdirdə İXM-nin 428.7.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan 19 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən, “İtaliano oboy” sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 25 avqust 2021-ci il tarixli telefonoqramın surətindən görünür ki, X7 İdarəsinin Hüquq və Kadr şöbəsinin mütəxəssisi Elvin Kərimov tərəfindən idarənin ********** karporotiv mobil nömrəsi vasitəsi ilə sahibkar Şəxs məxsus ********** mobil telefon nömrəsi ilə 25.08.2021-ci il tarixdə saat 17:42-də əlaqə saxlanılaraq barəsində 26.08.2021-ci il tarixdə, saat 11:30-da fəaliyyət göstərdiyi Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən, “İtaliano oboy” sahibkarlıq obyektinin qarşısında açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin uyğun bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı, protokolun tərtib ediləcəyi yer və vaxt barəsində sahibkara məlumat verilmiş və göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkəti X7 İdarəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, Şəxs müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar