Məhkəmə qərarları › İş №3(075)-439/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-439/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-439/2021 31.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxx 1999-cu il tarixdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şəki rayonu üzrə İcra şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Rayon Məhkəməsinin 3(075)-363/2021 nömrəli, 05.07.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 300 manat cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, borclu Şəxs barəsində 16.07.2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin 3(075)-363/2021 nömrəli, 05.07.2021-ci il tarixli icra sənədi icraatına daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 3(075)-363/2021 nömrəli, 05.07.2021ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 300 manat məbləğində pul vəsaiti inzibati qaydada tutularaq dövlət xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 16.07.2021-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başalanılmış və tələbin 10 gün müddətində könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu həmin müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu Şəxs Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə dəvət edilmiş və ondan icra sənədi barədə izahat alınmışdır. O, izahatında cərimə olunması barıdı məlumatı olmasına baxmayaraq həmin məbləği ödəyə bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən borcli Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 3(075)- 363/2021 nömrəli, 05.07.2021-ci il tarixli icra sənədinə əsasən ondan 300 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İşləmədiyi üçün və maddi imkanının olmadığı üçün ona təyin edilmiş cəriməni ödəyə bilməmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər, işin hallarına görə və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı və Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 200 saat ictimai işlər tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar