Məhkəmə qərarları › İş №3(075)-44/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-44/2021

12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-44/2021 12.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, Müəyyən etdim: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(075)-826/2018-009 saylı, xx.xx.2018-ci il tarixli və Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisinin 20367 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)-826/2018- 009 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 8108,61 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu xərci tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu Şəxs 10 manat məbləğində dövlət rüsumu alınaraq dövlət xeyrinə ödənilməlidir. İş materialında olan Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisinin 20367 saylı, xx.xx.2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, Şəxs 4109.79 manat tutularaq "Azərbaycan Benəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş iddia ərizəsinin, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının və məhkəmə bildirişinin surətindən görünür ki, Şəxs cavabdeh "xxxx" ASC-nə və maraqlı şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" ASC ilə bağladığı xx xxxxx 2016-cı il tarixli, 2016-İ-03 nömrəli, eləcə də xx xxxxx 2016-cı il, 2016-AK-3 nömrəli kredit müqavilələri üzrə vaxtı keçmiş borclarının restrukturizasiya edilməsi və illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə yeni güzəştli kredit müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi 2(006)-3862/2020 nömrə ilə məhkəmənin icraatına qəbul edilmiş və mülki işin məhkəmə iclası xx.xx.2021-ci il tarixə, saat 10:15-ə təyin edilmişdir. Göründüyü kimi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmurunun tərtib etdiyi inzibati protokolda göstərilən borc məbləğinin yaranmasına səbəb olmuş kredit müqavilələri üzrə məhkəmənin icraatında mülki iş vardır və həmin mülki iş üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. Belə olan halda inzibati protokola baxılaraq hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta törədibtörətməməsi barədə hüquqi qiymət verilməsi məqsədəmüvafiq deyildir və məhkəmə hesab edir ki, bu qanunvericiliyin ruhuna uyğun deyildir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21-ci maddəsinə göstərilir ki, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırki iş üzrə protokol tərtib edilmiş icra sənədindən birinə görə borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılmasına baxmayaraq icra məmuru icra sənədi üzrə icraatı dayandırmaq əvəzinə öz vəzifə səlahiyyətini tam yerinə yetirməyərək işi lazımınca araşdırmadan, borclu barəsində inzibati xətaya dair protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş Protokol özündə e-2(075)-826/2018-009 saylı, xx.xx.2018-ci il tarixli və Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisinin 20367 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin ehtiva etdiyindən və birinci icra sənədi mübahisəli olduğundan məhkəmə hesab edir ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar