Məhkəmə qərarları › İş №3(075)-44/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-44/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-44/2023 03.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə X1 Bakı Metropolitenində Polis Şöbəsi İTB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində olan inzibati icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Metropolitenində Polis Şöbəsi İTB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində olan inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Bakı Metropolitenində Polis Şöbəsi İTB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, X2 məhkəmə iclasına gəlməmişdir. X2 30 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə X1 ərizəsini nəzərə alaraq hesab edir ki, X1 Bakı Metropolitenində Polis Şöbəsi İTB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində olan inzibati icraata xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Bakı Metropolitenində Polis Şöbəsi İTB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində olan inzibati icraata xitam verilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar