Məhkəmə qərarları › İş №3(075)-440/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-440/2020

12.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-440/2020 12.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, Ərizəçi X1 Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx xxx 2014-cü il tarixli, 189/2964 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx xxx 2014-cü il tarixli, 189/2964 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq ərizəçi X3 və qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsi məhkəmə iclasına gəlməmişlər. Lakin ərizəçi X3 xx xxxxxx 2020-ci il tarixdə teleqram göndərərək işə iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi X3 ərizəsini onunla əsaslandırmışdır ki, onun 1000 manat cərimə edilməsi ilə bağlı Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx xxx 2014-cü il tarixli, 189/2964 nömrəli inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə əsas olmuş Şəki ŞRPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X2 xx xxx 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən qanunsuz hesab edilərək ləğv edilmişdir. Odur ki, Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx xxx 2014-cü il tarixli, 189/2964 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 6(075)-11/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X2 HK-1/385 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2014-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, 189-19435-1220 nömrəli məktubundan görünür ki, X3 barəsində xx xxx 2014-cü il tarixli, 189/2964 nömrəli inzibati tənbeh vermə haqqında qərarının çıxarılmasına əsas olmuş sənədlər məhv edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göründüyü kimi X1 inzibati cərimə edilməsi ilə bağlı Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxx 2014-cü il tarixli, 189/2964 nömrəli inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə əsas olmuş Şəki ŞRPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X2 xx xxx 2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı Şəki Rayon Məhkəməsinin 6(075)-11/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən qanunsuz hesab edilərək ləğv edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən X1 barəsində tərtib edilmiş xx xxx 2014-cü il tarixli, 189/2964 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən X1 barəsində tərtib edilmiş xx xxx 2014-cü il tarixli, 189/2964 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar