Məhkəmə qərarları › İş №3(075)-440/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-440/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-440/2021 31.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2, Zərərçəkmiş şəxs Abdulla oğlunun iştirakı ilə, xx xxxx 1982-ci il tarixdə Şəki rayonu, Şin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəki Şin kəndində pasport qeydiyyatında olan və həmin kənddə yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 19 iyul 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində Şəki rayonu, Şin kəndi ərazisində Zərərçəkmiş şəxs Abdulla oğluna sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməklə döymüşdür. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 19 iyul 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində Şəxs şəxsi münasibətlər zəminində həmkəndlisi Zərərçəkmiş şəxs Abdulla oğlunun sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Faktla bağlı Şəki ŞRPŞ-nin TB-də araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati təsir tədbirlərinin görülməsi üçün, qəbul edilmiş qərar icra edilməsindən ötrü şöbənin İTBnə göndərilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs Abdulla oğlunun qonşusudur. 19 iyul 2021-ci il tarixdə onunla Zərərçəkmiş şəxs Abdulla oğlu arasında narazılıqlar olmuşdur. O da Zərərçəkmiş şəxs Abdulla oğlunu ağız nahiyəsindən vuraraq sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Hazırda Zərərçəkmiş şəxs Abdulla oğlu ilə barışmışdır. Əməlində peşmandır. Barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Abdulla oğlu izahat verərək göstərdi ki, o, Şəxs qonşusudur. 19 iyul 2021-ci il tarixdə onunla Şəxs arasında narazılıqlar baş vermiş və Şəxs onun ağız nahiyəsinə əli ilə vurmuşdur. Buna baxmayaraq hazırda o, Şəxs ilə barışmış və ondan heç bir şikayəti yoxdur. İnzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 17 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan və həmin qərarın çıxarılmasına əsas olmuş materiallardan görünür ki, Şəxs qeyd edilən inzibati xətanı törətmişdir. Beləliklə Şəxsnın qeyd olunan hərəkətləri özünün etiraf izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi Şəxsnın hazırda təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında yanlız inzibati həbs və inzibati cərimə növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə əsasən, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi, Zərərçəkmiş şəxs Abdulla oğlu ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında barışıq əldə olunmuş, həmçinin bu barədə Zərərçəkmiş şəxs Abdulla oğlu tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilməli, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməli olan cəzadan azad edilsin, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar