Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-441/2020 18.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, Ərizəçi X1 Suraxanı rayon DYPŞ YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon DYPŞ YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 və qərarından şikayət verilmiş Suraxanı rayon DYPŞ YPX-nin inspektoru, polis baş serjantı X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi X3 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə asanpay.az saytından qeydiyyatdan keçərkən xx xxxx 2020-ci il tarixdə İXM-nin 211.1-ci maddəsi ilə cərimələndiyini müəyyən etmişdir. Belə ki, həqiqətən xx xxxx 2020-ci il tarixdə polis əməkdaşı tərəfindən saxlanılmışdır. Lakin onun barəsində hər hansı tədbir görülmədən yola salınmış, sözügedən protokol qiyabi olaraq tərtib edilmişdir. Karantin rejimi ilə bağlı onun Bakı şəhəri və Abşeron rayonu ərazisi üzrə xidməti icazəsi olduğu halda İXM-nin 211.1-ci maddəsi əsasında 200 manat inzibati cərimə edilmişdir. Həmin protokolun surəti ona təqdim edilməmiş, hansı inzibati xətanı törətməsi müəyyən edilməmişdir. Sözügedən protokol İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmaqla qəbul edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxx 2020-ci il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri Yeni Günəşli qəsəbəsində müvafiq icazə almadan yaşayış yerini tərk edərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. İş materiallarında olan icaze.e-gov.az saytından çıxarışdan görünür ki, X1 “xxxxxxxx” QSC-nin yardımçı fəhləsi kimi Bakı şəhəri və Abşeron rayonu ərazisində xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək icazəsi olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarın 1.7-ci maddəsinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin Qərarın 1.11-ci maddəsinə əsasən bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Həmin Qərarın 1.13-ci maddəsinə əsasən hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Ərizəçi X1 məhkəməyə təqdim etdiyi ərizəsində Suraxanı rayon DYPŞ YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, şikayətçi X3 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. Əksinə, X1 xx xxxx 2020-ci il tarixdə, saat 18:20 radələrində qanunla müəyyən edilmiş qaydada sms-icazə almaqla yaşayış yerini tərk etməli olduğu halda icazəsi olmadan Bakı şəhəri Yeni Günəşli qəsəbəsində ərazisində hərəkətdə olmaqla, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarını, yəni xüsusi karantin rejimi qaydalarının tələblərini pozduğu müəyyən edildi. Şikayətçi tərəfindən iş materiallarına əlavə edilmiş Bakı şəhəri və Abşeron rayonu ərazisində sərbəst fəaliyyətinə imkan verən icaze.e-gov.az portalından çıxarışın protokol tərtib ediləndən sonra, yəni xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olduğu müəyyən edilmişdir. İnzibati xəta hadisəsi isə xx xxxx 2020-ci il tarixdə, saat 18:20-də baş vermişdir. Odur ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. Ərizəçi X1 şikayət ərizəsində qeyd etdiyi Suraxanı rayon DYPŞ YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X1 Suraxanı rayon DYPŞ YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Suraxanı rayon DYPŞ YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-441/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-441/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver