Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-442/2021 15.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, X1 Şəki ŞRPŞ tərəfindən barəsində tərtib edilmiş 07.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında Şəki ŞİHBAnın Hüquq şöbəsi tərəfindən qəbul edilmiş 23.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 aprel 2021-ci il tarixli inizbati tənbeh vermə haqqında MN ******* nömrəli qərarın ləğv edilməsi və barəsində nəzərdə tutulmuş üç yüz manat cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, 1998-ci il dən ünvan 1 ünvanında iki mərtəbəli binada yaşayır. Yaşadığı ev qoruq ərazisində yerləşir. Həmin evi aldığı vaxtdan özəlləşdirərək mülkiyyətinə keçirmişdir. Ailəlidir və 3 övladı var. Onların binasında yaşayan qonşular onu və ailəsinin dinc yaşamalarına mane olur, onu və ailəsini narahat edən işlər görürlər. Buna görə də o, özünün və ailəsinin rahatlığı üçün evinin qarşısına hasar çəkmişdir. Hasar çəkdiyi torpaq onun mülkiyyətində olmamışdır. Həmçinin hasar çəkməsi barədə Şəki ŞİHB-dan hər hansı icazə almamışdır. Hesab edir ki, protokol əsassız və qanunsuzdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Şəki Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, X5 şəhəri, B.Məmmədov küçəsi, ev 39 ünvanında yerləşən evinin qarşısında hamam və hasar tikmişdir. Həmin ünvan qoruq ərazisində yerləşdiyindən həmin ərazidə Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan hər hansı tikili tikilə bilməz. X4 evinin qarşısında hamam və hasar tikərkən müvafiq icra hakimiyyəti orqanından icazə almamışdır. Sözügedən fakt Şəki ŞRPŞ tərəfindən aşkar olunaraq X11 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyatı üzrə Şəki ŞİHBA-nın Hüquq Şöbəsinə göndərilmiş və Şəki ŞİHBA-nın Hüquq şöbəsi tərəfindən X11 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayəti əsassız hesab edir və onun təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki ŞRPŞ-nin sahə rəisi, X6 tərəfindən tərtib edilmiş 07.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında Şəki ŞİHBA-nın Hüquq şöbəsinin rəisi X9 tərəfindən qəbul edilmiş 23.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 395.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyətinin icazəsi olmadan tikinti işləri aparması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, ünvan 1 ünvanında müvafiq icra hakimiyyətinin icazəsi olmadan hasar tikmişdir. Göstərilən əsaslarla məhkəmə X7 23 aprel 2021-ci il tarixli inizbati tənbeh vermə haqqında MN ******* nömrəli qərarın ləğv edilməsi və barəsində nəzərdə tutulmuş üç yüz manat cərimənin silinməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Şəki ŞRPŞ tərəfindən barəsində tərtib edilmiş 07.04.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında Şəki ŞİHBAnın Hüquq şöbəsi tərəfindən qəbul edilmiş 23.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-442/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-442/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver