Məhkəmə qərarları › İş №3(075)-443/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-443/2021

01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-443/2021 01.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və 528.1-ci maddələri ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və X1 Könül Rəfi qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və 528.1-ci maddələri ilə 01 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN-0469909 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, Şəkı şəhər-rayon Polis şöbəsi tərəfindən verilmiş ******* saylı, 12 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə olunmuşdur. İcra sənədi 16.09.2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafıq qaydada icraya yönələrək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən nə könüllü verilmiş müddətdə, nə də inzibati cərimənin ödənilməsi üçün qanunla müəyyən olunmuş müddətdə cərimə ödənilməyərək icra sənədinin icrası təmin edilməmiş, cərimə məbləği ödənilməmiş qalmışdır. Eyni zamanda borcluya göndərilmiş bildiriş və xəbərdarlıqda icra sənədinin icrası tələb olunmuş, icra məmurunun qanuni tələbinin yerinə yetirilmədiyi halda barəsində İXM-nin 529.1 və 528 1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməy göndəriləcəyi nəzərinə çatıdırlmışdır. Borclu cor inəni qanunla müəyyən olunmuş vaxtda ödəməmiş, həmçinin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni təlobiri yerinə yetirməmişdir. Eym zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kıedıt təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir Lakin borclunun adına heç bır pul vəsaiti və daşınar, daşınmaz əmlak aşkar edilməmişdir. Borclu Şəxs 01.09.2021-ci il tarixli izahatında cərimə məbləğini imkanı olmadığı üçün ödəmədiyini, gələcək 1 il müddətində ödəyəcəyini bildirmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəkı şəhər-rayon Polis şöbəsi tərəfindən verilmiş ******* saylı, 12 avqust 2020-ci il tarixli icra sənədinə əsasən o, İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə olunmuşdur. İcra sənədindən xəbəri var, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda icra sənədi üzrə borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Sözügedən borcu 1 il ərzində ödəyə bilər. Həmçinin göstərmişdir ki, həmin cərimənin ödənilməsi heç vaxt ondan tələb edilməmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 01 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN- 0469909 nömrəli inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəkı şəhər-rayon Polis şöbəsi tərəfindən verilmiş ******* saylı, 12 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə olunmuşdur. Şəkı şəhər-rayon Polis şöbəsinin ******* saylı, 12 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmədiyindən həmin qərar on gün sonra qüvvəyə minmiş və həmin qərar icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəkı şəhər-rayon Polis şöbəsi tərəfindən verilmiş ******* saylı, 12 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 oğlu 16 sentyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən Şəki ŞRPŞ-nin ******* saylı, 12 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qüvvəyə mindiyi gündən otuz gündən gec olmayaraq, yəni 22 sentyabr avqust 2020-ci il tarixədək barəsində olan 300 manat məbləğində inzibati cəriməni ödəməli olmuşdur. Lakin Şəxs cəriməsinin ödənilməsinin son müddəti olan 23 noyabr 2020-ci il tarixədək inzibati cərimə onun tərəfindən ödənilmədiyi təqdirdə növbəti gündən başlayaraq 2 ay müddətində, yəni 23 noyabr 2020-ci il tarixədək icraatında həmin icra işi olan icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda qanunvericiliyin bu tələbi pozularaq, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən uzun müddət sonra, yəni 01 sentyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi Şəkı şəhər-rayon Polis şöbəsi tərəfindən verilmiş ******* saylı, 12 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 oğlu 16 sentyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, həmin qərar qəbul edildikdən 1 ilə yaxın müddət keçdikdən sonar borclu barəsində inzibati xəta haqqında protocol tərtib etmişdir. Lakin bu müddət ərzində icra məmuru tərəfindən borclunun izahatı ilk dəfə bu gün, yəni 01 sentyabr 2021-ci il tarixdə alınmışdır. Yəni icra məmuru icraata başladığı andan bu günədək borcludan cərimənin ödənilməsini tələb etməmiş, qanunvericiliyə uyğun olan tələbləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, borclunun hərəkətlərində icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınma halları mövcud olmamışdır. Buna görə də məhkəmə bunu qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilə bilməz. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 01 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN-0469909 nömrəli inzibati xəta haqqında protokola Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanılmış inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi, həmçinin İXM-nin 528.1-ci maddəsi üzrə isə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 104.1, 109.1, 109.1.1-ci, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərаrа аldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən 01 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN-0469909 nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 və 528.1-ci maddələri ilə başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar