Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-445/2021 22.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X5, Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki Regional Ərazi Şöbəsi tərəfindən barəsində tərtib edilmiş MN ******* saylı qərarı üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Ərizəçi 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidməti 19 saylı region üzrə X10nin rəisi vəzifəsini müvəqqəti icra edən X4 inizbati xəta haqqında 18 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı protokol üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X11 izahatında göstərdi ki, 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi olmaqla buxalter işləyir. Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbin hərbi rəhbəri X12 çalışmanın yaş həddinə çatdığına görə Aşağı Layısqı tam orta məktəbin direktorunun 14.06.2021-ci il tarixli əmri ilə işdən azad edilmişdir. Tərəfindən direktorun əmri ona verilən gün son haqq hesab pulu əmək haqqı cədvəlində hesablanaraq, məktəb direktorunun və 4 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin möhrü ilə möhürlənmiş, imzalanmış, əmək haqqı sisteminə salınmışdır. Onun vəzifə səlahiyyətləri bundan ibarətdir. Lakin 4 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzi dövlət büdcəsindən maliyyələşən təşkilat olaraq əmək haqqı və digər ödənişlər hər ayın sonu ödənildiyinə görə, müəllimin son haqq hesab pulu onun hesabına ayın sonu yəni 30.06.2021-ci il tarixdə köçürülmüşdür. Bununla bağlı X10 Xidməti 19 saylı region üzrə X10ndə araşdırma aparılmış və o İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manal məbləğində cərimə edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qanunsuz və əsassızdır. Həmçinin göstərmişdir ki, barəsində Azərbaycan Respubilikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsin səbəb olmuş hadisə barədə onun haqqında şikayət olunmamış və hec bir halda təqsiri yoxdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi X7 izahat verərək göstərdi ki, Şəki rayon Aşağı Layısqı kənd tam orta məktəbinin hərbi rəhbəri X12 2021-ci ilin son haqq-hesabının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsi əsası ilə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsinə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, X12 çalışmanın yaş həddinə çatdığı üçün Aşağı Layısqı kənd tam orta məktəbinin direktoru F.Məmmədlinin 14 iyun 2021-ci il tarixli əmri ilə işdən azad edilmişdir. Lakin 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X11 X1 haqq-hesabının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməsini təmin etməmişdir. Müfəttişlik tərəfindən sözügedən şikayətlə bağlı 4 saylı Maliyyə Hesablaşma mərkəzinə sorğu verilərək, bir sıra sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X11 isə onlara göndərdiyi arayışda X1 haqq-hesabının 30 iyul 2021-ci il tarixdə ödənildiyini göstərmişdir. Əmək Məcəlləsinin tələblərinin pozulduğuna görə 13 avqust 2021-ci il tarixdə 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X11 barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 700 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsinin 13 avqust 2021-ci il tarixli, MN- 0687889 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 18 avqust 2021-ci il tarixli, MN-1064303 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X12 14 iyun 2021-ci ildə işdən azad olunmasına baxmayaraq onun son haqq-hesabı qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməmişdir. İşdə olan Aşağı Layısqı kənd orta məktəbi üzrə verilmiş 15.09.2005-ci il tarixli, 330 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X12 həmin tarixdən məktəbə ibtidai hərbi hazırlıq müəllimi götürülmüşdür. İşdə olan Aşağı Layısqı kənd orta məktəbi üzrə verilmiş məktəbin direktoru F.Məmmədlinin 27.11.2020-ci il tarixli, 52 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X9-məktəbin Hərbi rəhbəri Azərbaycan Respublikası Əmək Məcəlləninin 70 maddəsinin e bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləninə 27.11.2020-ci il tarixdən xatam verilmiş, X9məktəbin Hərbi rəhbəri 27.11.2020-ci il tarixdən 14.06.2021-ci il tarixədək onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İşdə olan Aşağı Layısqı kənd orta məktəbi üzrə verilmiş məktəbin direktoru F.Məmmədlinin 14.06.2021-ci il tarixli, 81 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X9-məktəbdə müddətli müqavilə ilə işləyən Hərbi rəhbər ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün 14.06.2021-ci il tarixdən işdən azad edilməsi, onunal bağlanmış əmək müqaviləsinə xitam veriməi və ona 42 gün axırıncı haqq-hesabın ödənilməsi əmr edilmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzi tərəfindən DƏMX-nin Şəki regional ərazi şöbəsinə göndərilmiş 02 avqust 2021-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aşağə Layısqı kənd tam orta məktəbinin hərbi rəhbəri X8 528,55 manat məbləğində son haqq-hesab hesablanmış və 30 iyun 2021-ci il tarixdən onun şəxsi hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə iclasında şikayətçi X11 işlədiyi idarənin büdcədən maliyələşən təşkilat olmasını bildirmiş və göstərmişdir ki, ümumiyyətlə idarədə istənilən ödəniş ayın sonlarında ödənilir. O səbəbdən də X1 haqq-hesabı onun işdən çıxarıldığı gün verilə bilinməmişdir. Lakin o məhkəmə iclasında X1 haqq-hesabının ödənilməsi ilə bağlı məhkəməyə 14.06.2021-ci il tarixdə ödəniş tapşırığının verilməsinə dair hər hansı sübutunu təqdim edə bilməmişdir. Göründüyü kimi ərizəçi 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X11 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında və işdə olan sənədlərdə İXM-nin 192.4-cü maddəsinin tələblərini pozması aydın olur. Göstərilən əsaslarla məhkəmə 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidməti 19 saylı region üzrə X10nin rəisi vəzifəsini müvəqqəti icra edən X4 inizbati xəta haqqında 18 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı protokol üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi 4 saylı Maliyyə Hesablaşma mərkəzinin aparıcı məsləhətçisi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidməti 19 saylı region üzrə X10nin rəisi vəzifəsini müvəqqəti icra edən X4 inizbati xəta haqqında 18 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi, barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı protokol üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-445/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-445/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver