Məhkəmə qərarları › İş №3(075)-446/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-446/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-446/2020 14.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi X4, Qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 iştirakları ilə, Ərizəçi X4 Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi X8 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, atası Yabir Hümmətov birinci qrup əlildir və Şəki Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsində “Xroniki böyrək çatışmazlığı (terminal mərhələ)” diaqnozu ilə həftədə 3 dəfə hemodializ seansları qəbul edir. O atasının baxıcısıdır və Şəki Rayon Mərkəzi Xəstəxanasına atasını gətiribaparır, eyni zamanda zəruri dərman preparatlarını alır. Bu barədə müvafiq arayışlar vardır. xx xxxx 2020-ci il tarixdə atasını seans qəbul etməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirəndə Yol patrul xidməti əməkdaşı Şahin Şeyixov tərəfindən saxlanılmışdır. Ondan müvafiq icazəsi olub-olmadığını soruşduqda atasına və ona verilən arayışları təqdim etmişdir. Lakin yol patrul xidməti əməkdaşı bunlara əhəmiyyət verilmədən barəsində protokol tərtib edəcəyini bildirmişdir. O, etiraz edərək əlindəki sənədin icazə xarakterli olduğunu bildirməklə protokol yazmamasını xahiş etsə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 329.1 və 339.1-1-ci maddələrinin tələblərinin pozmağı barədə protokol tərtib edilmişdir. Həmin protokolla bağlı aşağıdakı pozuntuları vardır: Belə ki, protokolda İXM-nin 211.1, 329.1 və 339.1-1-cu maddələrinin tələblərinin pozulduğu qeyd olunsa da, heç bir əsaslandırma aparılmamışdır. Protokol formal xarakter daşıyır və sadəcə pozuntu aşkar olunması qeyd olunur. Protokolun digər bölmələri doldurulmamış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə hüquq və vəzifələri, protokoldan şikayət vermə müddəti və qaydası izah edilməmişdir. Həmçinin, həmin protokol üzrə qəbul edilmiş qərar ona təqdim olunmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X8 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Şəki şəhəri M.Müşfiq küçəsində xidmət aparan zaman “VAZ-21214” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyini müəyyən etmiş və avtomobil tərəfindən saxlanılmışdır. Bundan sonra avtomobili idarə edən şəxsin sənədləri tələb etmiş, sonuncunun nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyini, həmçinin epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və karantin rejimlərini pozduğunu müəyyən etmişdir. Törədilmiş qanun pozuntusu barədə sürücüyə məlumat vermiş, sonuncu etiraz edərək heç bir qanun pozuntusu törətmədiyini, müvafiq icazə arayışı olduğunu bildirmişdir. X6 verilən karantin dövründə xəstənin müşayiəti üçün nəzərdə tutulan arayışa əsasən sözügedən arayış sonuncu xəstə X3 müşayiət etdiyi zaman etibarlıdır. Lakin həmin vaxt avtomobildə xəstənin olmadığı müəyyən edilmişdir. Odur ki, X8 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx xxxx 2020-ci il tarixdə, saat 08:08 radələrində Şəki şəhəri M.Müşfiq küçəsində Nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş və epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 1770 nömrəli arayışdan görünür ki, Şəki rayonu Kiçik Dəhnə kənd sakini X5 “Xroniki böyrək çatışmazlığı” diaqnozu ilə Şəki RMX-da qeydiyyatdadır və hər həftənin 2-4-6-cı günləri səhər saatlarında (08:00-12:00) seans almaqdadır. X6 verilən karantin dövründə xəstənin müşayiəti üçün nəzərdə tutulan arayış xəstə X3 müşayiət etdiyi zaman etibarlıdır. İş materiallarında olan Şəki ŞRPŞ tərəfindən X6 ünvanlanmış xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X4 xx xxxx 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin «102» xidmətindən daxil olmuş müraciəti ilə bağlı araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, X10 xx xxxx 2020-ci il tarixdə, Vaz-21214 markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Şəki şəhəri M.Müşfiq küçəsində saxlanılmış, təhlükəsizlik kəmərindən istifadə etmədiyi, avtomobili müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirmədiyi, eləcə də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və karantin rejimlərini pozduğu üçün barəsində Şəki ŞRPŞ DYPB-nin YPX inspektoru, polis serjantı X2 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 329.1-ci, 339.1-1-ci və 211.1ci maddələri ilə İXP-3370714 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müraciətinin araşdırılması məqsədi ilə, X10 xx xxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ DYPB-nə dəvət olunaraq dinlənilmiş və izahatı alınmışdır. X10 izahatında, «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsi tərəfindən verilmiş arayışı olduğu üçün epidemiya əleyhinə rejimin, sanitariya-gigiyeniya və karantin rejimlərini pozmadığını iddia edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun ləğv olunmasını xahiş etmişdir. «Şəki Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsindən DYPB-nə verilmiş xx xxxx 2020-ci il tarixli, 1770 nömrəli arayışa əsasən vətəndaş X6 verilən karantin dövründə xəstənin müşayiəti üçün nəzərdə tutulan arayış xəstə X3 müşayiət etdiyi zaman etibarlıdır. Araşdırma zamanı YPXnin patrul avtomobilinə quraşdırılmış videokamera görüntüsünə baxış keçirilmiş, X10un idarə etdiyi Vaz-21214 markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil YPX əməkdaşları tərəfindən saxlanılarkən avtomobildə xəstənin olmadığı müəyyən edilmişdir. Ona görə də X10un barəsində tərtib olunmuş İXP-3370714 nömrəli inzibati xəta haqqında protokolun qanuni olduğu öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarın 1.7-ci maddəsinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin Qərarın 1.11-ci maddəsinə əsasən bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Həmin Qərarın 1.13-ci maddəsinə əsasən hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Ərizəçi X4 məhkəməyə təqdim etdiyi ərizəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, ərizəçinin iş materiallarına əlavə edilmiş izahatından qeyd olunan tarixdə X4 təqdim etdiyi arayışın xəstə X3 müşayiət etdiyi zaman etibarlı olduğu, lakin həmin vaxt sonuncunun idarə etdiyi Vaz-21214 markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı avtomobildə xəstənin olmadığı müəyyən edilmişdir. Odur ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. Ərizəçi X4 şikayət ərizəsində qeyd etdiyi Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X4 Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar