Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-446/2021 02.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb olunmuş, Şəki rayonu, Oraban kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 392/2020 nömrəli, 21.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 06.04.2020-ci il tarixindən hesablanmaqla hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq 17.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-392/2020 nömrəli, 21.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 06.04.2020-ci il tarixindən hesablanmaqla hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq 17.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 403/2021 nömrəli, 25.02.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 29.03.2021-ci il tarixindən hesablanmaqla hər ay sabit pul məbləğində 150 manat aliment alınaraq 17.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 xeyrinə ödənilməlidir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs hər iki icra sənədi üzrə cəmi 1560 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd olunan icra sənədləri üzrə müvafiq olaraq 11.04.2020-ci il və 01.04.2021-ci il tarixli icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddətlər ərzində icra sənədləri üzrə tələblər borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədləri üzrə tələblərin tam olaraq icrası təmin edilməmişdir. 04.03.2021-ci il tarixində borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri əsasında inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)- 140/2021 nömrəli, 04.03.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən ilə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. Daha sonra yenidən icra sənədləri üzrə tələbləri icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından borclu barəsində 09.06.2021-ci il tarixində borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs barəsində Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən 07.07.2021-ci il tarixində 820994 saylı axtarış işi açılmışdır. 02.09.2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında halhazırda yaranmış 1560 manat məbləğində aliment borcunu tam oalraq ödəyə bilməyəcəyini bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 02 sentyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-392/2020 nömrəli, 21.02.2020-ci il tarixli icra sənədinə əsasən ondan 06.04.2020-ci il tarixindən hesablanmaqla hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq 17.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədindən və barəsində olan axtarışdan xəbəri var. İnzibati məsuliyyətə cəlb olunmaqdan çəkindiyi üçün çağırış üzrə gəlmişdir. Maddi imkanı olmadığından borcunu tam ödəyə bilməmişdir. Hazırda Mərdəkan qəsəbəsində avtoyumada işləyir. Gündəlik qazancı 12-15 manat təşkil edir. Əlavə olaraq bildirdi ki, 02 sentyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-392/2020 nömrəli, 21.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 06.04.2020-ci il tarixindən hesablanmaqla hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq 17.09.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə ödənilməlidir. Lakin borclu icra sənədini vaxtı-vaxtında icra etmir. Buna görə də borclunun xeyli miqdarda ödənilməmiş borcu qalmışdır. O, icra sənədi üzrə borcun hissə-hissə yox, birdəfəyə ödənilməsini tələb edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İşdə olan Şəki Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 3(075)-140/2021-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. İXM-nin 33.1.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 02 sentyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 02 sentyabr 2021ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 02 sentyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 02 sentyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-446/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-446/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver