Məhkəmə qərarları › İş №3(075)-447/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-447/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-447/2021 03.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin Sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun və onun müdafiəçisi X3 iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, fərdi əməklə məşğul olan, Şəki rayonu Turan qəsəbəsində yaşayan, Şəxsnun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 03 sentyabr 2021-ci il tarixdə, saat 10:40 radələrində, Şəki rayonu, Turan qəsəbəsində, küçədə polisin qanuni tələbinə tabe olmayaraq, ünvansız küçə söyüşləri söyərək ucadan səs-kü salmış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 03.09.2021-ci il tarixdə təxminən saat 10:40 radələrində Şəki rayon Turan qəsəbə İƏD-si icra nümayəndəliyinin və Bələdiyyəsinin, həmçinin Şəki rayon, Turan qəsəbə sakini X1 Daxili işlər Nazirliyinin 102 xidmətinə və Şəki ŞRPŞ-nin Sarıca PB-nə etdiyi müraciəti əsasında Şəki ŞRPŞ-nin Sarıca PB-əməkdaşları Şəki rayonu, Turan qəsəbə sakini Şəxs yaşadığı ünvünda olarkən Şəxs tərəfindən yaşadığı evin qarşısına, kəndin içindən keçən yolun görsənən yerinə özlərinə məxsus mal-qaranın peyinini (tullantılarını), eləcə də kanalizasiya suyunun axıdılaraq yolun hərəkət hissəsini məhdudlaşdırıldığını müəyyən edib, həmin şəxslə yaranmış xoşagəlməz vəziyyətin aradan qaldırılması üçün söhbətlər aparıb və barəsində inzibati protokol tərtib etmək istəyən zaman Şəxs inzibati protokol yazılmasına və tullantıların həmin ərazidən götürülməsi barədə polis əməkdaşları tərəfindən edilən qanuni iradlara narazılığını bildirərək, ucadan səs-küy salaraq, küçə söyüşləri ilə polis əməkdaşlarını təhqir etmiş və aqressiv şəkildə onlara əl-qol hətrəkətləri edərək polis əməkdaşlarına hörmətsizlik və tabesizlik nümayiş etdirmişdir. Polis əməkdaşları həmin şəxsi sakitləşdirməyə çalışsalar da həmin şəxs daha da aqressivləşərək nizam-intizama riayət etməyərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə digər qəsəbə sakinlərinin haqlı narazılığına səbəb olan birgə yaşayış qaydalarını pozmuşdur. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, 03.09.2021-ci il tarixdə polislər onun yaşadığı ünvana gələrkən o evdə olmamışdır. O, evə gələrkən polisləri, Qəsəbə nümayəndəsini, bələdiyyə sədrini və qonşuları Bəstini küçələrində görmüşdür. Bildirmişdir ki, Bəsti qəsəbədə onlarla qonşu olmaqla uzun müddətdir ki, onlarla konfliktədir. Göstərmişdir ki, dövlət tərəfindən onlara 2 inək verilmiş və o həmin inəklərə baxır. İnəklərini tövlədə saxlayır. Tövlədən çıxan peyini isə küçədə hasarlarının dibinə yığır, sonra həmin tullantıları pay sahəsinə apararaq ora tökür. Həmçinin bu yaxınlarda evlərinin qarşısına yaymaq üçün daş-qrabel tökdürmüşdür. Lakin o, daş-qrabeli küçəyə tam yaymamışdır. Daş-çınqılı elə yaymışdır ki, oradan yalnız balaca minik avtomobilləri keçə bilsin. Ona görə ki, onların evi qəzalı vəziyyətdədir. Həmin küçədən kamaz və ya başqa böyük maşın keçəndə qorxur ki, evləri yıxılar və ya uçar. Buna yolun tam açılmasına razı olmamışdır. Həmçinin polislər onun barəsində əsassız olaraq protokol tərtib etmək istəmişlər. O isə buna razı olmamışdır. Buna görə də polislər onun saçından tutub əllərini buraraq onu zorla maşına soxaraq bölməyə aparmışlar. Hadisə vaxtı hər hansı səs-küy salmamış və ya polislərə tabesizlik göstərməmişdir. Ümumiyyətlə Sarıca polisləri qonşusu Bəstini müdafiə edir, onunla isə qərəzli davranırlar. Hər hansı peşmançılığı yoxdur. Barəsində tərtib edilmiş protokolu qərəzli hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 izahatında göstərdi ki, Şəxsnun polis əməkdaşı ilə mübahisə etməsi polisə tabe olmama kimi qiymətləndirilə bilməz. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 03.09.2021ci il tarixdə təxminən saat 10:40 radələrində Şəki rayon Turan qəsəbə İƏD-si icra nümayəndəliyinin və Bələdiyyəsinin sədrinin, həmçinin Şəki rayon Turan qəsəbə sakini X1 Daxili işlər Nazirliyinin 102 xidmətinə və Şəki ŞRPŞ-nin Sarıca PB-nə etdiyi müraciəti əsasında Şəki ŞRPŞ-nin Sarıca PB-nin PPXB-nin manqa komandiri, polis serjantı Orxan Səfərov, polis nəfəri, polis baş serjantı Pərviz Səfərovla birlikdə Şəki rayonu, Turan qəsəbə sakini Şəxs yaşadığı ünvanda olarkən Şəxs tərəfindən yaşadığı evin qarşısına, kəndin içindən keçən yolun görsənən yerinə özlərinə məxsus mal-qaranın peyinini (tullantılarını), qrabelin, eləcə də kanalizasiya suyunun küçəyə axıdılaraq yolun hərəkət hissəsini məhdudlaşdırıldığını müəyyən etmişlər. Qəsəbə numayəndəsinin, bələdiyyə sədrinin, həmçinin sakinlərin tələbi ilə yolun açılması Zeynəbdən tələb edilmişdir. Lakin Zeynəb nümayəndəlik fəhlələrinin yolun açılmasına mane olmuşdur. Belə ki, o yolun yalnız qismən, yəni minik avtomobillərinin hərəkət edə bilməsi üçün açılmasına razılıq vermiş, lakin yolun bütünlüklə açılmasına razı olmamaışdır. Bununla bağlı ona xəbərdarlıq etsələr də Zeynəb buna razı olmamış, çığır-bağır salmış və yolun açılmasına hər vəchlə mane olmuşdur. Həmçinin tullantıların və tövlənin çirkab suyunun küçəyə axıdılmasına görə onun barəsində X4 tərəfindən protokol tərtib etmək istəyən zaman Şəxs inzibati protokol yazılmasına və tullantıların həmin ərazidən götürülməsi barədə onlar tərəfindən edilən qanuni iradlara narazılığını bildirərək, ucadan səs-küy salaraq, küçə söyüşləri ilə onları təhqir etmiş və aqressiv şəkildə onlara əl-qol hətrəkətləri edərək onlara hörmətsizlik və tabesizlik nümayiş etdirmişdir. Onlar həmin şəxsi sakitləşdirməyə çalışsalar da həmin şəxs daha da aqressivləşərək nizam-intizama riayət etməyərək, onların qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə digər qəsəbə sakinlərinin haqlı narazılığına səbəb olan birgə yaşayış qaydalarını pozmuşdur. Buna görə də onlar Şəxs polis bölməsinə aparmışlar. Yalnız bundan sonra qəsəbə küçəsi tullantılardan təmizlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X8 da şahid X5 ilə eyni ifadə vermişlər. İnzibati protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən hadisənin görüntüsünü əks etdirən “CD” diski izlədikdə aydın olur ki, Şəxs ictimai qaydanı mühafizə edən polis əməkdaşları ilə səbəbsiz mübahisə etməyə başlamış, səs-küy salaraq nizamintizamlı olması ilə bağlı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxsnun şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar