Məhkəmə qərarları › İş №3(075)-449/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-449/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-449/2020 11.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Protokol tərtib edən şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinin X49 şöbəsinin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin nümayəndəsi X11 iştirakı ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindən daxil olmuş Şəxs-nin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2ci maddəsi ilə tərtib edilmiş xx xxx 2020-ci il tarixli, MN-0411448 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindən daxil olmuş Şəxs-nin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2ci maddəsi ilə tərtib edilmiş xx xxx 2020-ci il tarixli, MN-0411448 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs-nin Şəki rayonu, Orta Zəyzid kəndi ərazisində yerləşən heyvandarlıq fermasına işə cəlb edilmiş işçilər istehsalatda bədbəxt hadisələrə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişlər. Bu əmələ görə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Şəxs” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə xx xxx 2020-ci il tarixli, MN-0411448 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinin X49 şöbəsinin nümayəndəsi X18 izahat verərək göstərdi ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin X49 Şöbəsinə xx xxx 2020-ci il tarixdə **********4 və xx xxx 2020-ci il tarixli **********5 saylı qeydiyyatlarla Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş X4 və digər 19 nəfərin “Şəxs'' X3 Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində yerləşən heyvandarlıq müəssisəsində fəhlə işində işləmələri, lakin həftədə 40 saat əvəzinə 48 saat işlədiklərinə, bayram günləri və gecə vaxtı işə cəlb edildiklərinə baxmayaraq əlavə əmək haqqının hesablanmaması və onların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamaları barədə Azərbaycan Respublikasının Əmək və X22 Nazirliyinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladıqları kollektiv şikayət ərizəsinin qanunamüvafiq qaydada araşdırılması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra tələblərinin kobud surətdə pozulması halları aşkar edilmişdir. Belə ki, “Şəxs'’ X1 daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, X15, X16, X12, X5, X13, X19, X24, X37, X20, X28, X17, X8, X25, X29, X14, X21, X30, X2, X31 və X32 həqiqətən müəssisə tərəfindən bayram günləri və gecə vaxtı işə cəlb edilmiş lakin onlara əlavə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Eyni zamanda iş vaxtının uçotu tabellərinə əsasən məlum olmuşdur ki, 2020-ci ilin yanvar ayında aylıq iş vaxtı norması 144 saat olmasına baxmayaraq həmin işçilər ümumilikdə 20 nəfər x 144 saat -2880 saat əvəzinə 3490 saat, 2020-ci ilin fevral ayında aylıq iş vaxtı norması 160 saat olmasına baxmayaraq 20 x 160 = 3200 saat əvəzinə 3341 saat, 2020-ci ilin maıt ayında aylıq iş vaxtı norması 127 saat olmasına baxmayaraq 20 x 127 = 2540 saat əvəzinə 3563 saat olmaqla cəmi 3 ayda (10394 saat - 8620 saat) 1774 saat artıq işə cəlb edilmişlər. Lakin buna baxmayaraq həmin 20 nəfər işçiyə 2020-ci ilin yanvar, fevral və mart aylarında aylıq iş vaxtı normasından artıq işlədikləri 1774 saata görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci və həmçinin gecə vaxtı görülən işə görə bu Məcəllənin 166-ci məddələrinin tələbləri pozularaq əlavə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, “Şəxs" X3 heyvandarlıq fermasına işə cəlb edilmiş fəhlələr və digər işçilər xx xxxxxx 2019-cu il tarixdən işə qəbul olunsalar da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbi pozularaq araşdırma aparılan tarixədək istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışlar. Buna görə də Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Şəxs” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-nin nümayəndəsi X26 izahat verərək göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə Şəxs-nin Şəki rayonu, Orta Zəyzid kəndi ərazisində yerləşən heyvandarlıq fermasına müdir vəzifəsinə təyin edilmişdir. Bildirmişdir ki, “Şəxs'' X3 Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində yerləşən heyvandarlıq müəssisəsində fəhlə işində işləyən şəxslərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışlar. Belə ki, onlar qeyd edilən heyvandarlıq müəssisəsini 6 ay əvvəl təhvil almış və əvvəlki qaydada fəaliyyət göstərmişlər. Yəni hazırda yuxarıda adları qeyd olunan işçilər bundan əvvəl də gündə 8 saatdan artıq işləmiş, həmçinin onlaristehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışlar. Göstərmişdir ki, qısası müəssisənin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməli olduqlarından xəbərləri olmamışdır. Yalnız sözügedən məsələ araşdırılaraq hazırki hallar müəyyən olunduqdan sonra Şəxs öz işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməsi üçün “X56” ASC ilə xx xxx 2020-ci il tarixdə sığorta müqaviləsi bağlamışdır. Əlavə olaraq göstərdi ki, hal-hazırda müəssisə var gücü ilə işləyə bilmir və işçilərinin əmək haqqını ödəməkdə belə çətinlik çəkir. İnzibati xətaya yol verdiklərini qəbul edirlər. Lakin bütün yuxarıda qeyd olunanları nəzərə alaraq onlara köməklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş materiallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, Şəxs-nin Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də Şəxs-nə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, işdə olan Şəki rayonu Orta Zəyzid kənd ərazisində yerləşən Şəxs-nin Heyvandarlıq Kompleksində çalışan fəhlə kollektivinin Azərbaycan Respublikası Əmək və X36 Nazirliyinə ünvanladığı xx xxxxx 2020-ci il tarixli şikayət ərizəsinin surətindən görünür ki, sözügedən kollektiv həftədə 40 saat əvəzinə 48 saat işləmələri, bayram günləri və gecə vaxtı işə cəlb edildiklərinə baxmayaraq onlara əlavə əmək haqqının hesablanmaması, gecə növbəsində işlədikləri müddətdə onlara gecə pulunun hesablanmaması və onların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamalarını bildirərək, onların əmək haqqının artırılmasına köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Şəxs-nin direktoru İlqar Ağayevə ünvanlanmış xx xxx 2020-ci və xx xxx 2020-ci il tarixli məktubların surətindən görünür ki, iş vaxtından artıq işə cəlb edilən işçilərə və həmçinin gecə vaxtı işə cəlb edilmiş bütün işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə əmək haqqının hesablanaraq ödənilməsini və işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını təmin edərək nəticəsi barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin X49 Şöbəsinə rəsmi məlumat verilməsi bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Şəxs-nin direktoru İlqar Ağayevə ünvanlanmış xx xxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, "Şəxs” X6 barəsində hüquqi şəxs qismində tərtib edilmiş xx xxx 2020-ci il tarixli MN ******* nömrəli Protokola və barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli MN ******* nömrəli protokola əsasən AR İXM-nin 60.1-ci maddəsinin tələbinə uyğun olaraq İnzibati xəta haqqında işə baxılması xx xxx 2020-ci il tarixə saat. 11.00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda İnzibati Xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində ƏƏSMN yanında DƏMX-nin X49 şöbəsinə, Şəki şəhəri, M.F.Axundov prospekti 56 a ünvanına dəvət olunmuşdur. İşdə olan Şəxs-nin nümayəndəsi X9 xx xxx 2020-ci il tarixli izahatından görünür ki, “Şəxs'' X3 Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində yerləşən heyvandarlıq müəssisəsində fəhlə işində işləmələrini, lakin həftədə 40 saat əvəzinə 48 saat işlədiklərinə, bayram günləri və gecə vaxtı işə cəlb edildiklərinə baxmayaraq əlavə əmək haqqının hesablanmamasını və onların hal-hazıradək, yəni xx xxx 2020-ci il tarixədək istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamalarını etiraf etmişdir. İşdə olan xx xxx 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Şəxs ilə “X56” ASC arasında xx xxx 2020-ci il tarixdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla)şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Hüquqi ünvanı ünvan 2 olan, Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən Şəxs Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar