Məhkəmə qərarları › İş №3(075)-449/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-449/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-449/2021 26.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin səhmdarı, həmçinin nümayəndəsi X1 iştirakı ilə, 08 iyul 1955-ci il tarixdə X2 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Şəkirayonu, Qozbulaq kəndində yaşayan Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC Mərkəzi Bankın 23.07.2021-ci il tarixli, 26-09180-2021 saylı icrası məcburi olan göstərişini icra etməmiş, səhmdar R.Əkbərova ASC-nin 20.05.2021-ci il tarixli məktubdan göstərilən müvafiq sənədləri təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin ünvanında 05.08.2021-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin səhmdarı, həmçinin nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, o, bir neçə il öncə Şəxs ASC-nin əksər səhmlərinin almış, lakin fəaliyyət göstərməmişdir. Bildirmişdir ki, hazırda da müəssisənin hər hansı fəaliyyəti yoxdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı 20 may 2021-ci il tarixli, 26-06667-2021 saylı məktubla Şəki Quşçuluq” ASC-dən səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat verilməsi bildirilmişdir. O da həmin məktuba cavab olaraq ASC-nin səhmdarı kimi Şəxs ASC-nin illik hesabatını, mühasibat balansını, cəmiyyətinin nizamnaməsini, səhmdarların reyestrini və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətləri Azərbaycan Respublikası Mərkəzi Bankına, həmçinin vaxtilə səhmdarlardan biri olmuş Rəfael Əkbərova göndərmişdir. Həmçinin göstərmişdir ki, Rəfael Əkbərov özü də Şəxs ASC-yə gəlmiş, onunla görüşmüş və ona lazım olan bütün sənədləri ona təqdim etmişdir. Bildirmişdir ki, Mərkəzi Bankın ondan tələb etdiyi səndələri 3 dəfə, yəni 09 iyun 2021-ci, 18 iyun 2021-ci və 26 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı göndərmiş və həmin məktublar Bank tərəfindən qəbul edilmişdir. Hesab edir ki, Şəxs ASC barəsində İXM-nin 548.1-ci maddəsində göstərilən pozuntunu törətməmişdir. Bildirmişdir ki, hazırda Şəxs ASC-nin fəaliyyəti yoxdur. Bu işə əlavə etdiyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş 20 avqust 2014-cü il tarixli fəaliyyətinin olamaması barədə arayışla da təsdiq olunur. Bank tərəfindən ona ünvanlanmış bütün məktublara cavab vermişdir. Eləcə də Rəfael Əkbərovun özü ilə də görüşmüş və lazım olan bütün sənədləri ona təqdim etmişdir. Onun ASC-dən hər hansı şikayəti və tələbi yoxdur. Bütün bunları nəzərə alaraq Şəxs ASC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş 20 avqust 2014-cü il tarixli fəaliyyətinin olamaması barədə arayışın surətindən görünür ki, Şəxs ASC-nin fəaliyyəti 08.07.2019-cu il tarixdən 08.07.2024-cü il tarixədək dayandırılmışdır. İşdə olan Şəki Rayon Məhkəməsi tərəfindən Azərbaycan Republikasının Mərkəzi Bankına göndərilmiş 07 oktyabr 2021-ci il tarixli, 3(075)-449/2021 saylı bildirişdən görünür ki, Azərbaycan Republikasının Mərkəzi Bankının nəzərinə çatdırılmışdır ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması 26.10.2021-ci il tarixə, saat 14:10-a Şəki Rayon Məhkəməsinin inzibati binasında təyin edilmişdir. Bildirişdə "xxxx" ASC-nin səhmdarı, həmçinin nümayəndəsi X4 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Mərkəzi Bankına sifarişli olaraq 09.06.2021-ci il, 18.06.2021-ci il və 26.06.2021-ci il tarixlərdə məktublar yazaraq həmin məktubların Mərkəzi Banka ünvanlanması və həmin məktubların Mərkəzi Bank tərəfindən qəbul edilməsi göstərilmişdir. "xxxx" ASC-nin həmin məktubların qoşma hissəsində inzibati xəta haqqında protokola əlavə edilmiş 24.08.2021-ci il tarixli, 26-10484-2021 saylı xidməti məktubda göstərilən sənədlərin Mərkəzi Banka göndərilməsi öz əksini tapmışdır. Buna görə də "xxxx" ASC-nin 05.08.2021-ci il tarixli inizibati xəta törətməsinə əsas olan sübutların (sənəd, məlumat və sair) Şəki rayon məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. İnzibati işin təhlili zamanı müəyyən olunmuşdur ki, Şəxs ASC Mərkəzi Bankın 23.07.2021-ci il tarixli, 26-09180-2021 saylı icrası məcburi olan göstərişini icra etməməsinə və səhmdar R.Əkbərova ASC-nin 20.05.2021-ci il tarixli məktubda göstərilən müvafiq sənədləri təqdim etmədiyinə görə onun barəsində MN seriyalı, ******* nömrəli 25.08.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs ASC-nin səhmdarı, həmçinin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi və Azərbaycan Respublikası Mərkəzi Bankına sifarişli olaraq göndərdiyi 09.06.2021-ci il, 18.06.2021-ci il və 26.06.2021-ci il tarixli məktublardan görünür ki, o ASC-nin səhmdarı kimi Şəxs ASC-nin illik hesabatını, mühasibat balansını, cəmiyyətinin nizamnaməsini, səhmdarların reyestrini və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərini Azərbaycan Respublikası Mərkəzi Bankına göndərmişdir. Belə ki, işdə olan SS677781145AZ kodlu xəbərnamənin kötüyündən görünür ki, Mərkəzi Bank Şəxs ASC-nin 09.06.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədləri 16.06.2021-ci il tarixdə almışdır. Bundan başqa işdə olan SS677781171AZ kodlu xəbərnamənin kötüyündən görünür ki, Mərkəzi Bank Şəxs ASC-nin 18.06.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədləri 22.06.2021-ci il tarixdə almışdır. Həmçinin işdə olan SS655946792AZ kodlu xəbərnamənin kötüyündən görünür ki, Mərkəzi Bank Şəxs ASC-nin 26.06.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədləri 02.07.2021-ci il tarixdə almışdır. Göründüyü kimi tələb edilən sənədlər Şəxs ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin səhmdarı, həmçinin nümayəndəsi X3 dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, «Şəki Quşçuluq” ASC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Republikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 25.08.2021-ci il tarixli protokola xitam verilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə barəsində Azərbaycan Republikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 25.08.2021-ci il tarixli inzibati xəta haqqında protokola xitam verilsin və Şəxs ASC inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar