Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-45/2022 02.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi ilə xx xxxxxx 1993-cü ildə Şəki rayonu Bideyiz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu Ağcakənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəki ŞRPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş 28 avqust 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 avqust 2021-ci il tarixdə, saat 13 radələrində VAZ-21124 markalı, **-TD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Şəki-Qax yolunun Şəki rayonu Qoxmuq kəndindən keçən hissəsində X6 idarə etdiyi Mercedes C 180 markalı, **- DR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Mercedes C 180 markalı, **- DR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, onun avtomobilində sərnişin qismində əyləşmiş X3 qızı və X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, X15 isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X17 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı X9, zərərçəkmiş şəxslər X13, X3 qızı, yetkinlik yaşına çatmayan X15 və X8, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin, zərərçəkmiş şəxslərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 29 noyabr 2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Şəki şəhər-rayon X12 Bölməsinin müstəntiqi, polis baş leytenantı X14 tərəfindən 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılmış və ibtidai istintaqı davam etdirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.12-ci maddəsinə əsasən (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) xitam verilmişdir. İşdə olan 03 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Kəlbəcər rayonu Ağcakənd kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü fiziki şəxs Şəxs (FİN-xxxxxxx) 28 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlər ********* nömrəli cinayət işində olan cinayət işinin başlanması və icraata götürülməsi haqqında 01 oktyabr 2021-ci il tarixli qərar, məhkəmə-tibb ekspertizasının 16.09.2021-ci il tarixli, 481 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının 16.09.2021-ci il tarixli, 478 nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının 16.09.2021-ci il tarixli, 479 nömrəli rəyi, Məhkəmə Ekspertiza Mərkəzinin 8/2661 nömrəli, 17 noyabr 2021-ci il tarixli rəyi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında 29 noyabr 2021-ci il tarixli qərar ilə sübut olunur. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Şəxs 28 avqust 2021-ci il tarixdə, saat 13:30 radələrində qohumu X7 məxsus olan və sonuncunun razılığı əsasında idarə etdiyi VAZ 21124 markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobil ilə sonuncu ilə birlikdə Şəki-Qax yolunda Qax şəhəri istiqamətində hərəkətdə olan zaman yolun Şəki rayonu Qoxmuq kəndi ərazisindən keçən hissəsində Şəki rayonu Yeni Çələbixan qəsəbəsinə getmək məqsədi ilə hərəkət zolağını dəyişərkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etmədiyinə görə, yəni qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olması, hərəkətə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağında kifayət qədər məsafədə boş olması və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağı kimi halları nəzərə aldıqdan sonra əks istiqamətdə yaxınlaşan nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verməklə həmin nəqliyyat vasitəsinə yol verərək təhlükəsiz keçib getməsini təmir etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində dönmə əməliyyatına başlamalı olduğu halda qeyd olunan tələblərə əməl etməyərək qarşıdan əks istiqamətdə hərəkətdə olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X6 özünə məxsus olan və özünün idarə etdiyi Mercedes C 180 markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə avtomobili idarə edib qarşı əks hərəkət zolağına çıxaraq dönmə əməliyyatı edən zaman Mercedes C 180 markalı avtomobilin hərəkəti üçün təhlükə yaradıb həmin hərəkət zolağında İlham Xəlilovun idarə etdiyi avtomobil ilə toqquşduqdan sonra idarə etdiyi avtomobil Şəki şəhər istiqamətində, yolun sağ tərəfində dayanmış, hadisə nəticəsində İlham Xəlilov döş sümüyünün distal hissəsinin minimal yerdəyişən sınığı, başın sol təpə, sol dirsək, sağ baldır nahiyyələrinin sıyrıqları, sağ saidin, sağ diz qapağının qançırları kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan X3 qızı sol çənə altı, sol əlin İİİ barmağının travmatik şişkinlikləri, yumşaq toxumaların əzilməsi və sıyrılmış yaraları, sol bazunun, hər iki diz qapaqlarının geniş ölçülü hematomaları və yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, ünvan 3 ünvanında yaşayan X4 dirsəyin, sağ baldırın travmatik şişkinlikləri, yumşaq toxumaların əzilməsi və əzilmiş-sıyrılmış yaraları, sağ dirsəyin dərialtı hematoması, travmatik şişkinliyi və yumşaq toxumasının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəxs izahatından görünür ki, 28.08.2021-ci il tarixdə, səhər saatlarında qohumu X11 ilə birlikdə ona məxsus olan VAZ 21124 markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobil ilə həmin avtomobilin şinlərini dəyişmək üçün Şəki şəhərinə getmişlər. Həmin avtomobilin şinlərini dəyişdikdən sonra idarə etdiyi, Elşad Məmmədova məxsus VAZ 21124 markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobil ilə yaşadıqları Şəki şəhəri Yeni Çələbixan qəsəbəsinə geri qayıdan zaman Şəki-Qax yolu ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən Şəki-Qax yolunun Şəki rayonu Qoxmuq kəndi ərazisindən keçən hissəsində yolun Şəki şəhəri Yeni Çələbixan qəsəbəsinə aparan yol ilə kəsişməsinə yaxınlaşdıqda. Şəki şəhəri Yeni Çələbixan qəsəbəsinə aparan yola keçmək məqsədi ilə avtomobili yolun hərəkət etdiyi hərəkət zolağı ilə əks istiqamətli hərəkət zolağını ayıran orta xəttinin üzərinə sürüb həmin xəttin üzərində dayanıb, yoldakı avtomobillərin hərəkətinin digər yola keçməyə imkan verib verməməsini anlamaq üçün əks istiqamətli hərəkət zolağına baxdıqda, həmin zolaqca Mercedes C 180 markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobilin Şəki şəhəri istiqamətində hərəkətdə olduğunu görmüş, lakin həmin avtomobilin hərəkət sürətini düzgün nəzərə almadığına görə digər yola keçə biləcəyini düşünərək hərəkətini davam etdirmiş və həmin vaxt idarə etdiyi VAZ 21124 markalı, 90-TD 943 dövlət nömrə nişanlı avtomobilin ön hissəsi ilə Mercedes C 180 markalı, 90-DR 426 dövlət nömrə nişanlı avtomobilin ön hissəsi toqquşmuşdur. O və Elşad Məmmədov avtomobildən enmişlər. 103 X23 xidmətinə zəng etmişdir. Bir qədər sonra Şəki MRX-nin X23 Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib Mercedes C180 markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomobilin sərnişinlərini müayinə etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinib onun nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-45/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-45/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver