Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-450/2020 19.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X4 katibliyiilə, Ərizəçi X1 xx xxxx 2020-ci il tarixli, İXP-3389137 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixli, İXP- 3389137 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi X1 ərizəsinə baxılması ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. Şikayətçi X2 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, xx xxxx 2020-ci il tarixli, İXP-3389137 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətçi X1 həmin ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, şikayətçi X1 həmin ərizəsi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İXM-nin 128 və 129-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: Ərizəçi X1 xx xxxx 2020-ci il tarixli, İXP-3389137 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-450/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-450/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver