Məhkəmə qərarları › İş №3(075)-450/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-450/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-450/2021 28.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, şəhərdaxili ictimai nəqliyyat vasitəsi olan 4 saylı avtobusda sürücü işləyir. 24 avqust 2021-ci il tarixdə, saat 16:35 radələrində “Təzə bazar”dan çıxıb marşrut xətti ilə hərəkət edərkən Şəki şəhəri, N.Nərimanov küçəsində bir nəfər piyadanın mobil telefon vasitəsi ilə onu çəkdiyini görmüşdür. Onun isə ağzında tibbi maska olmuş, lakin maska burnundan aşağıda, yəni ağzının üstündə olmuşdur. Daha sonra isə o, maskanı tam burnunun üzərinə qaldırmışdır. Bundan sonra polis əməkdaşı ona saxla işarəsi vermişdir. O, avtomobili saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşmış, özünü təqdim etmiş və ona tibbi maskadan düzgün şəkildə istifadə etmədiyini bildirmişdir. Həmin zaman isə o, tibbi maskadan düzgün istifadə etdiyini bildirmiş, lakin maskanın bir az öncə burnundan sürüşərək ağzının üstünə düşdüyünü bildirmişdir. Lakin polis əməkdaşı onun sözlərinə məhəl qoymaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, onu 100 manat məbləğində cərimələmişdir. O, hadisə vaxtı barəsində tərtib edilmiş protokola imzalar atsa da, hər hansı izahat yazmamış və ya həmin izahatı imzalamamışdır. Hesab edir ki, polis əməkdaşları ona güzəşt edib barəsində protokol tərtib etməyə bilərdi. Buna görə də protokolu əsassız və qanunsuz hesab edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 24 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 24 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan X1 özü tərəfindən təqdim edilmiş video görüntünün başlanğıcından görünür ki, baş vermiş hadisə zamanı tibbi maska X1 burnundan aşağı da olmuş, daha sonra X4 maskanı burnunun üzərinə qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.2-ci maddəsinə əsasən tibbi maskadan düzgün istifadə etməməsi aydın olur. Belə ki, onun tərəfindən təqdim edilmiş video görüntüdə də onun 24 avqust 2021-ci il tarixdə N.Nərimanov küçəsində qoruyucu tibbi maskadan düzgün istifadə etməməsi müəyyən olunur. Göstərilən əsaslarla məhkəmə X3 Şəki ŞRPŞ tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Şəki ŞRPŞ tərəfindən barəsində qəbul edilmiş MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar