Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-450/2024 24.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki şəhəri, V.İbrahim küç, 1/5 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 24 iyun 2024-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 23 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində Şəki-Oxud yolunda yerləşən kafenin yanında ictimai qaydaları pozaraq xuliqanlıq hərəkətləri etmiş, xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəki-Oxud yolunda yerləşən kafenin yaxınlığında, təxminən 100 metr məsafədə mülki geyimdə olan polis əməkdaşı Asif Talehli öz avtomobili ilə üzü şəhər istiqamətində hərəkətdə olarkən, üzü kənd istiqamətində Mersedes markalı avtomobilin yüksək sürətlə hərəkət etdiyini və digər yol nəqliyyat iştirakçıları üçün təhlükə yaratdığını görmüşdür. Avtomobillər yan yana gəldikdə X12 Nağıyevə irad bildirmiş, o isə kobud formada cavab vermişdir. Daha sonra hər iki şəxs avtomobillərindən düşmüş, Asif Talehli özünü təqdim etmiş, lakin Şəxs yüksək səslə ona qarşı nalayiq ifadələr işlətmişdir. Asif Talehli köməyə polis əməkdaşlarını çağırmış, polis əməkdaşları gələnə qədər Şəxs hadisə yerindən biraz aralı olan kafesində olmuşdur. Polis əməkdaşları onlarla şöbəyə getməli olduğunu bildirsələr də o, şöbəyə getməkdən imtina etmiş, bir müddət mübahisə olduqdan sonra şöbəyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki-Oxud yolunda ona məxsus kafe var. O, həmin kafeni işlədir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində kənd istiqamətində hərəkətdə olarkən Asif Talehli şəhər istiqamətində hərəkətdə idi. Onun yolunun üstündə maşın var idi. Əyləci basanda yol çınqıl olduğundan maşın sürüşmüşdür. Bu vaxt həmin şəxslə mübahisələri olmuşdur. Hər ikisi maşını saxlayıb düşüb mübahisə eləyəmə başlamışlar. Həmin şəxs maşından düşən kimi ona özünü təqdim etməmişdir. Daha sonra polis olduğunu bildirmişdir. Həmin vaxt əsəbi olduğundan söyüş söymüşdür. Lakin ağır ifadələr işlətməmişdir. Daha sonra aralandıqdan sonra özünə məxsus kafeyə getmiş və orada bir bokal pivə içmişdir. 10-15 dəqiqə sonra polis əməkdaşları gəlmişlər. Onlara qarşı tabesizlik göstərməmişdir. Ondan maşının açarını da istəmişlər, lakin o, maşının açarını verməkdən imtina etmişdir. Gözünün altında olan göy polis maşınına minərkən olmuşdur. Polis maşının arxa qapısını açdıqda gözünə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri polis kiçik serjantı X7 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində öz şəxsi avtomobili ilə Şəki-Oxud yolunda şəhər istiqamətində hərəkətdə olarkən üzü kənd istiqamətində yolun üzərində yerləşən kafeyə çatmağa az qalmış qarşıdan gələn Mersedes markalı avtomobilin bir neçə dəfə əks istiqamətli yola çıxdığını, digər avtomobilər üçün də təhlükə yaratdığını görmüşdür. O, avtomobilini bir qədər kənara çəkmiş, bu vaxt həmin avtomobilin sürücüsü başını çölə çıxararaq söyüş söymüş və nalayiq ifadələr işlətmişdir. Hər ikisi avtomobildən enmiş, o, özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və sürücünü nizam-intizama dəvət etmişdir. Bu zaman sürücü ona yalan danışdığını bildirərək ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ondan spirtli içki iyi gəlirdi. Onlar maşını yolda saxladıqları üçün digər maşınların da gediş-gəlişinə maneçilik törədilirdi. Ətrafdan onlara yaxınlaşanlar da olmuşdur. Onlar aralandıqdan sonra o, növbətçi hissəyə zəng edərək kömək çağırmışdır. Onlar birlikdə yaxınlıqdakı kafeyə getmişlər. Çünki o, şəxsin həmin kafeyə girdiyini görmüşdür. Kafedə də mübahisə olmuşdur. Əvvəlcə şöbəyə gəlməkdən imtina etmişdir. Sonra isə şöbəyə gətirilmişdir. Müayinə zamanı onun sərxoş olması müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü manqa komandiri X6 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, Elvin Məmmədov və Elbrus Eminov xidmətdə olarkən növbətçi hissədən zəng gələrək Şəki- Oxud yolunda yerləşən kafenin yaxınlığında bir nəfər şəxsin içtimai qaydanı kobud surətdə pozaraq söyüş söyməsi barədə məlumat daxil olmuşdur. Onlar dərhal həmin yerə getmişlər. Kafeyə daxil olduqda Şəxs kafedə idi və ondan kəskin spirt iyi gəlirdi. Ona şöbəyə getməli olduqlarını bildirsələr də o, şöbəyə getməkdən imtina etmişdir. Həmin vaxt onu nizam-intizama dəvət etsələr də o, Asif Talehliyə qarşı aqressiv hərəkətlərini davam etdirmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Hətta Asifə işverən və s. kimi ifadələr işlətmişdir. Hətta onlara qarşı “mən müxbir Çingizin oğluyam. Bilirsiz nə edərəm sizə” şəklində ifadə də işlətmişdir. O, Nazimin şalvarının kəmərinin arxa tərəfindən tutaraq onu maşına əyləşdirmişdir. Şəxs maşının açarını verməkdən imtina etmişdir. Kafedə təxminən 10-15 dəqiqə mübahisə olmuşdur. Sonra birlikdə şöbəyə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri X4 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində o, Tural Əsədov və Elbrus Eminov xidmətdə olarkən növbətçi hissədən onlara Şəki-Oxud yolunda yerləşən kafenin yaxınlığında bir nəfər şəxsin nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması barədə məlumat daxil olmuşdur. Onlar dərhal həmin yerə yaxınlaşmışlar. Birlikdə kafeyə girdikdə Şəxs orada olmuş və ondan kəskin spirt iyi gəlirdi. Onlar Nazimə onlarla şöbəyə getməli olduğunu bildirsələr də o, bundan imtina etmişdir. Təxminən 10-15 dəqiqə mübahisədən sonra o və Tural Əsədov onun şalvarının kəmərinin arxa tərəfindən tutaraq maşına əyləşdirmişlər. Daha sonra isə birlikdə şöbəyə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, o, taksi sürücüsüdür. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində Şəki-Oxud yolunda yerləşən kafenin 100-150 metrliyində iki nəfər şəxsin maşından düşərək mübahisə etdiklərini görmüşdür. Bu şəxs (Şəxs göstərək) söyüş söyürdü. O, bir-neçə dəqiqə dayanıb baxmış, daha sonra maşında olan müştəri ondan getməyi xahiş etdiyindən sürüb getmişdir. 15-20 dəqiqə sonra geri qayıtdıqda polis əməkdaşlarının kafedə olduqlarını görmüşdür. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 19:00-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində bir ədəd qara kəmər, bir ədəd qol saatı və 70 qəpik pul aşkar edilmişdir. İş materiallarında olan 23 iyun 2024-cü il tarixli, 137A nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs sərxoş olduğu aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söymüş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşlarının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 23 iyun 2024-cü il saat 19:00-dən hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-450/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-450/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver